"Bu, Ermənistanın dövlətçiliyi üçün təhlükədir" - Ramiz Yunus AÇIQLADI

"Bu, Ermənistanın dövlətçiliyi üçün təhlükədir" - Ramiz Yunus AÇIQLADI
10.01.2026 22:05 Təhlil

“Dünya artıq qaydalarla yaşamır. Onilliklər boyu qlobal nizamın təməli olmuş beynəlxalq hüquq bugünkü reallıqda demək olar ki, öz əhəmiyyətini itirib. Onun yerini birbaşa, sərt və illüziyalardan məhrum gücün hüququ tutub". 

TodayPress TV xəbər verir ki, bu fikirləri Xəzər Universitetinin siyasi elmlər üzrə professoru Ramiz Yunus öz “Facebook” hesabında yazıb. 

Professorun sözlərinə görə, dünya hazırda dərin turbulentlik mərhələsinə daxil olub və köhnə beynəlxalq sistem artıq faktiki olaraq dağılıb:

“ABŞ-nin yeni milli təhlükəsizlik doktrinası, Monro doktrinasının məntiqinə faktiki qayıdış, Venesueladakı hadisələr Vaşinqtonun öz maraq zonalarında qətiyyətlə hərəkət etməyə hazır olduğunu göstərir. Rusiya–Ukrayna müharibəsi, Yaxın Şərqdə qeyri-sabitlik, İranda gedən proseslər isə eyni qlobal dönüşün ayrı-ayrı elementləridir”.

Ramiz Yunus qeyd edib ki, məhz bu qlobal xaos fonunda Cənubi Qafqaz nadir tarixi məqama daxil olub:

“Regiondaxili proseslər qlobal güc yenidənqruplaşması ilə üst-üstə düşüb. Ətrafda xaos artdığı bir vaxtda Cənubi Qafqaz üçün nəsildə bir dəfə açılan imkanlar pəncərəsi yaranıb”.

Professor avqustun 8-də Ağ Evdə ABŞ Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın Baş nazirinin iştirakı ilə baş tutan görüşü və Bakı ilə İrəvan arasında sülh müqaviləsinin paraflanmasını sistem xarakterli hadisə kimi qiymətləndirib:

“Bu, sadəcə diplomatik jest və ya protokol mərasimi deyildi. Bu, Cənubi Qafqazın yeni siyasi landşaftının qlobal miqyasda bir nömrəli oyunçu səviyyəsində təsbit edilməsi idi”.

Onun fikrincə, Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsi regionda yeni status-kvonu tam formalaşdırıb:

“İlk dəfə onilliklər ərzində Azərbaycan təkcə hərbi qalib deyil, həm də regionun əsas siyasi, iqtisadi və geostrateji liderinə çevrildi. Bu reallıq Prezident İlham Əliyevin son proqram xarakterli müsahibəsində də açıq şəkildə ifadə olundu və artıq yeni regional arxitekturanın əsasını təşkil edir”.

Ramiz Yunus ABŞ-nin keçmiş Prezidenti Cozef Baydenin roluna da sərt qiymət verib:

“Bayden senator, vitse-prezident və prezident olduğu dövrlərdə ardıcıl şəkildə ermənimərkəzli və antiazərbaycan xətt yürüdüb. ABŞ Konqresinin Azərbaycana qarşı məşhur 907-ci düzəlişinin hazırlanması və irəli sürülməsi bu siyasətin simvoludur. Bu xətt uzun illər sülhə xidmət etmədi, əksinə, münaqişəni dondurdu”.

Professor bildirib ki, Prezident Donald Tramp və onun administrasiyasının yanaşması bu baxımdan prinsipial şəkildə fərqlənir:

“Əgər Bayden ideoloji simpatiyalar və birtərəfli qiymətləndirmələrlə hərəkət edirdisə, Trampın siyasəti praqmatizmə, maraqlar balansına və real güc nisbətlərinin tanınmasına əsaslanır. Vaşinqtondakı bu dönüş imkanlar pəncərəsinin əsas dayaqlarından biridir”.

Siyasətçi Zəngəzur dəhlizinin açılması perspektivini də xüsusi vurğulayır:

“Simvolik olaraq “Tramp yolu” adlandırılan bu layihə sadəcə nəqliyyat xətti deyil. Bu, Cənubi Qafqazın onilliklər boyu blokadaların, süni baryerlərin və xarici nəzarətin girovu olduğu köhnə sxemlərin geosiyasi sökülməsidir”.

Professorun fikrincə, ABŞ-nin regiona real siyasi və iqtisadi oyunçu kimi cəlb olunması destruktiv təsirləri uzun müddət neytrallaşdıra bilər:

“Söhbət təkcə Rusiya və İrandan getmir. Xroniki ermənimərkəzli mövqeyi ilə seçilən Avropa da uzun illər problemin həllinin deyil, onun bir hissəsi olub”.

Analitik vurğulayıb ki, bu imkanlar pəncərəsi daimi deyil. Bu gün Tramp və onun administrasiyası var. Üç ildən sonra olmaya da bilərlər:

"Rusiya–Ukrayna müharibəsinin necə bitəcəyi, İranda proseslərin hansı istiqamət alacağı və Avropanın gələcək xətti bəlli deyil. Məhz buna görə indiki məqam unikaldır və ləngimə strateji səhv olardı”.

Professor hesab edir ki, Cənubi Qafqaz ölkələrinin əsas vəzifəsi sülhün verdiyi imkanlardan istifadə edərək öz subyektliklərini gücləndirməkdir:

“Söhbət illüziyalardan yox, dərin siyasi və iqtisadi inteqrasiyadan gedir. Elə bir inteqrasiya ki, kənardan artıq heç kim regiondaxili aktorların iştirakı olmadan oyun qaydalarını diktə edə bilməsin”.

O, Ermənistan üçün ünvanlanan mesajın da son dərəcə aydın olduğunu bildirib:

“Ermənistan faktiki olaraq seçim qarşısındadır: sülh və ya revanş. Beynəlxalq hüququn işləmədiyi və imkanlar fərqinin sistem xarakteri daşıdığı şəraitdə yeni müharibə sadəcə məğlubiyyət yox, Ermənistanın dövlətçiliyi üçün təhlükə deməkdir”.

Gürcüstanın roluna da toxunan siyasətçi bildirib ki, cəmiyyətin qütbləşməsi ölkəni zəiflədir. Amma Ermənistan sülhü, Gürcüstan daxili konsolidasiyanı, Azərbaycan isə lider və məsuliyyətli aktor rolunu davam etdirərsə, region üçün ortaq strategiya mümkündür. 

Yekunda professor beynəlxalq münasibətlər tarixindən nümunə gətirərək ABŞ-nin keçmiş dövlət katibi Henri Kissincerin məşhur tezisini xatırladıb:

“Dünya qaydalarının dağılması dövründə qalib gələnlər ən haqlı olanlar deyil, yeni qaydalar yaranmamışdan əvvəl öz maraqlarını möhkəmləndirə bilənlərdir”.

Qiymət Mahir

NEWS FEED
15 JUNE 2026
İslamabad razılaşmasının detalları açıqlandı 19:43 ABŞ qalib gəlmədi, İran məğlub olmadı: Əsl qalib kimdir? 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 All News