BÖYÜK TƏHLÜKƏ: Milyonlarla insan sərhədə axışa bilər!

BÖYÜK TƏHLÜKƏ: Milyonlarla insan sərhədə axışa bilər!
25.02.2026 18:38 Təhlil

ABŞ–İran gərginliyi və mümkün hərbi ssenari fonunda Türkiyə kütləvi qaçqın axını riskinə qarşı fövqəladə planlarını yeniləyib. 


Ankara xüsusilə İranda yaşayan əfqan və pakistanlı miqrantların sərhədə doğru yönələ biləcəyindən narahatdır. Bu səbəbdən sərhəddə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, mümkün düşərgələrin yaradılması və hətta zərurət yaranarsa, İran ərazisində bufer zona variantı müzakirə olunur.

Sözügedən mövzunu siyasi şərhçi Rufiz Hafizoğlu TodayPress TV-yə şərh edib.  


Analitik vurğulayıb ki, Türkiyənin sərhədlərini möhkəmləndirməsinə tamamilə təbii yanaşmaq lazımdır: 

"Suriyada 11 ildir davam edən münaqişə Türkiyə üçün iqtisadi, siyasi və sosial baxımdan son dərəcə ciddi problemlər yaratdı. Məsələn, bəzi sərhəd şəhərlərində suriyalı qaçqınların sayı yerli əhalini qat-qat üstələmişdi. Bu demoqrafik dəyişiklik sosial gərginliklərə səbəb oldu, hətta “suriyalı gəlin” kimi anlayışlar formalaşdı, bölgədə boşanmaların artması müşahidə edildi". 


TƏKRARLANAN SSENARİ

Ekspert diqqətə çatdırıb ki, bu gün oxşar risk İran istiqamətində də gündəmdədir: 

"İranla Suriyanı müqayisə etmək düzgün olmasa da, sərhədlərin möhkəmləndirilməsi zəruridir. Çünki mümkün qaçqın böhranı təkcə Türkiyəyə deyil, Azərbaycana və digər qonşu ölkələrə də təsir göstərə bilər. Azərbaycan Prezidenti İlham Əliyevin də bəyan etdiyi kimi, ölkə ərazilərindən üçüncü dövlətlərə qarşı hərbi məqsədlərlə istifadə olunmasına imkan verilməyəcək. Bu, son dərəcə mühüm siyasi mövqedir. Bununla yanaşı, genişmiqyaslı qaçqın dalğası yaranarsa, beynəlxalq konvensiyalara uyğun olaraq humanitar dəhlizlərin açılması qaçılmaz ola bilər". 


Onun sözlərinə görə, sərhədlərin möhkəmləndirilməsi həm də xüsusi xidmət orqanlarının fəaliyyət istiqamətidir. Çünki sərhədi keçənlərin hamısı dinc sakin olmur; onların arasında radikal qrupların üzvləri və ya xarici kəşfiyyat strukturlarının təmsilçiləri də ola bilər. Bu tədbirlər hər hansı xalqa qarşı düşmənçilik deyil, birbaşa milli təhlükəsizlik məsələsidir.

VƏTƏNDAŞ MÜHARİBƏSİNİN  RİSKLƏRİ 

R.Hafizoğlu sonda bildirib ki, İranda mümkün hərbi əməliyyatların miqyası qaçqın dalğasının həcmini müəyyən edəcək: 

"Əgər proses vətəndaş müharibəsinə çevrilərsə, bu, bütün region üçün ciddi fəlakətə səbəb ola bilər. Ölkədə yaşayan kürdlərin, ərəblərin və azərbaycanlıların gələcək taleyi, eləcə də mümkün məzhəb qarşıdurmaları son dərəcə mürəkkəb ssenarilər yarada bilər. İranda rejim dəyişikliyindən sonra dərhal demokratik dövlət qurulacağına dair fikirlər isə siyasi romantizmdən başqa bir şey deyil. İstənilən yeni vəziyyət ilk növbədə Türkiyə və Azərbaycanın maraqları baxımından əlavə risklər yarada bilər. Bu baxımdan Türkiyənin öz təcrübəsinə əsaslanaraq atdığı ehtiyatlı addımlar tamamilə məntiqli və əsaslandırılmışdır". 


Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp yanvarda İranda etirazların yatırılmasına cavab olaraq hərbi addım ehtimalını gündəmə gətirib, daha sonra isə Tehranın nüvə proqramı ilə bağlı razılaşma əldə etməyə çağırıb. ABŞ-nin 150-dən çox hərbi təyyarəsi və Hərbi Dəniz Qüvvələrinin fəaliyyətdə olan gəmilərinin təxminən üçdə biri İran yaxınlığında cəmləşdirilib. 

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 All News