BMT-yə alternativ platforma yaradılır? - Azərbaycan dəvəti qəbul etdi

BMT-yə alternativ platforma yaradılır? - Azərbaycan dəvəti qəbul etdi
21.01.2026 14:02 Təhlil

Azərbaycan ABŞ Prezidenti Donald Trampın Sülh Şurasına təsisçi üzv olması dəvətini qəbul edib.

Bəs  Azərbaycanın Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasına təsisçi üzv kimi qoşulması ölkə üçün hansı praktik imkanlar və məsuliyyətlər yaradır?

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Elşad Mirbəşiroğlu bildirib ki,  Sülh Şurasına dəvət Azərbaycan Prezidentinin və dövlətinin nüfuzunu göstərir:


"Təbii ki, ölkəmizin Sülh Şurasına dəvət alması bir daha onun nüfuzuna işarədir. Azərbaycan dövləti, bir qayda olaraq, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında beynəlxalq proseslərdə, sülh quruculuğu və təhlükəsizliyin təmin olunması məsələlərində yaxından və fəal iştirak edir. Əksər hallarda ölkəmiz həm təşəbbüslər irəli sürür, həm də praktiki addımları ilə yadda qalır. Bu baxımdan düşünürəm ki, Donald Tramp tərəfindən Sülh Şurasına dəvət alması müasir beynəlxalq münasibətlər sistemində Azərbaycan dövlətinin və Prezidentinin kifayət qədər nüfuzlu və təsirli rolunun göstəricisidir".

Analitik qeyd edib ki, Sülh Şurası artıq yalnız Qəzzaya yönəlmir:

"Məlumat üçün qeyd edim ki, Sülh Şurası haqqında ideya ötən ilin noyabr ayında irəli sürülmüşdü. Təşəbbüsün mahiyyəti əsasən Qəzzada sabitliyin təmin olunması, quruculuq və bərpa işlərinin həyata keçirilməsi, həmçinin bu xarakterli digər məsələlərlə bağlı idi. Amma 2026-cı ilin yanvar ayının ortalarında gördük ki, məsələnin xarakterində ciddi dəyişiklik baş verib. Belə ki, potensial iştirakçı ölkələrə göndərilən dəvət sənədlərində artıq Qəzza adı istifadə olunmur. Düzdür, daimi üzv olacaq dövlətlərdən toplanacaq bir milyard ABŞ dolları qədər vəsait Qəzzanın bərpa işlərinə sərf olunacaq, bu sənədlərdə göstərilir. Amma bütövlükdə Sülh Şurasının yaradılmasının motivləri birbaşa Qəzzada işlərin görülməsi ilə bağlı deyil".

Ekspertin qənaətincə, Sülh Şurası BMT-yə alternativdir:

"Bu nədən xəbər verir? Bu, Sülh Şurasının təxmini olaraq BMT Təhlükəsizlik Şurasına və ümumilikdə BMT-yə alternativ perspektivlərə sahib olan bir qurum kimi nəzərdən keçirildiyini göstərir. Xatırlatmaq yerinə düşər ki, Donald Trampın ikinci prezidentliyi dövründə ABŞ BMT-nin bir sıra strukturları ilə fəaliyyətini dayandırmışdı. Trampın açıq şəkildə bildirdiyi kimi, BMT bir çox məsələlərdə səmərəli platforma rolunu oynaya bilmir. Xüsusilə Qəzzada baş verənlərlə bağlı bunu səsləndirən Donald Tramp, çox güman ki, Sülh Şurasını ekspertlərin də əsaslandırdığı kimi BMT-yə alternativ beynəlxalq platforma kimi nəzərdən keçirir".

E.Mirbəşiroğlu sonda əlavə edib ki, Sülh Şurasındakı yerimiz Prezidentimizin nüfuzunu göstərir: 

"Bu baxımdan düşünürəm ki, belə bir platformada ölkəmizin yer alması bizim nüfuzumuzdan, təsir imkanlarımızdan və güclü təşəbbüslərimizdən qaynaqlanır. Donald Trampın Azərbaycanın bu yerini qiymətləndirməsi eyni zamanda Tramp administrasiyasının ölkəmizə konstruktiv yanaşmasının göstəricisidir. Bütün hallarda hesab edirəm ki, bu, Prezidentimizin praqmatik xarici siyasətinin nəticəsidir. Ölkəmiz getdikcə beynəlxalq münasibətlər sistemində daha təsirli iştirakçıya çevrilir. Azərbaycan dövlətinin və Prezidentinin təşəbbüsləri, praktiki addımları beynəlxalq ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır və dəstəklənir. Ölkəmizə ünvanlanan dəvət də bunu bir daha təsdiqləyir".

 Jalə Rövşən

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Ecenin öldüyü gecə yaşananları anası açıqladı 20:19 Tramp İsraili hədəf aldı, missiyanı Suriyaya verdi: "Hizbullah"ı o məhv edəcək! 20:16 Nöqsana görə qovulan direktor qayıtmağı tələb etdi - Rədd cavabı aldı 20:14 Trampın ən yaxın adamları Moskvaya gedir? - Uşakov açıqladı 20:08 Bakıda qadına qarşı əxlaqsız təkliflər edən manyak saxlanıldı - VİDEO 20:22 Türkiyə hərbi gəmisi ABŞ-yə daxil oldu 19:43 Kürdəmirdə iki maşın aşdı, xəsarət alanlar var 20:10 "Zirə" klubunun Konfrans Liqasındakı rəqibi bəlli oldu 20:10 Nəbatiyədə PUA dəhşəti: Avtomobillər hədəfə alındı 19:39 Oman və İran Hörmüz boğazında azad gəmiçiliyə sadiqliklərini təsdiqlədilər 19:06 Ramil Həsən və Numan Kurtulmuş türk dövlətləri arasında əməkdaşlığı müzakirə etdilər 19:09 "İkinci mərhələ daha çətin olacaq" - Çin XİN rəhbəri xəbərdarlıq etdi 18:46 "Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqibi bəlli oldu 19:11 Ceyhun Bayramov Türk İnvestisiya Fondunun prezidenti ilə görüşdü 18:58 “Qafqaz Qartalı - 2026” təliminin açılış mərasimi keçirildi 18:40 Böyük Britaniya və Aİ arasında ikinci sammit - Tarix açıqlandı 18:36 "Sabah"ın Çempionlar Liqasındakı rəqibi bəlli oldu 18:17 Tarixi imzanın yeri məlum oldu - İsveçrədən rəsmi açıqlama 18:11 Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanladı 17:58 Zelenski Putinin təklifini rədd etdi - görüş ancaq bu şərtlərlə olacaq 17:57 ACR: Modulyarlığın zirvəsi və qəbul olunmayan gələcək 17:47 Paşinyan: "Bütün diqqətimiz Azərbaycandadır" 17:41 Milli Məclisin növbəti iclasının gündəliyinə 14 məsələ daxil edildi 17:33 DİM: Xaricdə təhsil almış 16 nəfərin peşəsi tanınıb 17:15 Bəzi rayonlara dolu düşəcək, külək güclənəcək - XƏBƏRDARLIQ 17:07 All News