"Bibi"dən sonra Bakı Tel-Əviv ilə necə dolanacaq?

"Bibi"dən sonra Bakı  Tel-Əviv ilə necə dolanacaq?
21.07.2026 12:54 Təhlil

İsrail və Azərbaycan arasındakı strateji tərəfdaşlıq illərdir hərbi, texnoloji və enerji sahələrində dərin əməkdaşlığa söykənir. Benyamin Netanyahunun İsrail siyasətindəki dominant rolundan sonra başlayacaq yeni dövrün bu münasibətlərə necə təsir göstərəcəyi həm Bakı, həm də Tel-Əviv üçün mühüm məsələdir.

Bəs post-Netanyahu dövründə İsrail-Azərbaycan münasibətləri necə olacaq?

Mövzu ilə bağlı beynəlxalq münasibətlər üzrə ekspert, politoloq Əli Mustafa TodayPress TV-yə danışıb. 

Onun fikrincə, Netanyahudan sonrakı dövrdə Azərbaycan-İsrail münasibətləri normal məcrada davam edəcək. 

"Əvvəla, bizim strateji tərəfdaşlığımız, mehriban və dostluq münasibətlərimiz var. Enerji və texnologiya sahələrində əməkdaşlıq edirik. Bu münasibətlərə, əslində, tərəflərin hər zaman ehtiyacı olacaq — bu gün də, sabah da", – deyə o bildirib.

Analitik qeyd edib ki, hazırda regional və qlobal miqyasda çox ciddi proseslər gedir:

"Yaxın Şərqdə geostrateji və geosiyasi proseslər sürətlə inkişaf edir. Sabah bölgədə nələrin baş verəcəyini, hansı dövlətlərin hansı vəziyyətlə üzləşəcəyini proqnozlaşdırmaq çox çətindir. Hazırda ABŞ-İran qarşıdurması birbaşa Körfəz ölkələrini, dolayısı ilə isə region dövlətlərini təhdid edir. Bundan əlavə, yeni münaqişələrin və qarşıdurmaların yaranması riski də mövcuddur."

Politoloq vurğulayıb ki, bütün hallarda Azərbaycan və İsrail dövlətləri mövcud olacaq və iki ölkə arasında əməkdaşlıq davam edəcək.

Əli Mustafa əlavə edib ki, bölgənin digər dövlətləri ilə münasibətlər də bu baxımdan mühüm əhəmiyyət daşıyır, xüsusilə Türkiyə ilə əlaqələr.

"Türkiyə-Azərbaycan və Türkiyə-İsrail münasibətləri də çox önəmlidir. Hər halda, ümid edirəm ki, post-Netanyahu dövründə bu üç dövlət arasında münasibətlər daha anlaşıqlı və daha uyumlu olacaq", - analitik fikrini sonlandırıb. 

Jalə Rövşən 

FOTOLAR

"Bibi"dən sonra Bakı  Tel-Əviv ilə necə dolanacaq?  — 1
XƏBƏR LENTİ
21 IYUL 2026
Çempionlar Liqası: "Sabah" - "KuPS" oyununda İLK QOL - YENİLƏNDİ 20:02 Prezident ilə Fridrix Mertsin geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ 15:47 Ukrayna Qərb silahlarını artıq özü istehsal edəcək 20:50 Gəncə və Samuxda baş verən kütləvi zəhərlənmələrin səbəbi bu imiş 20:39 Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı klinikadan açıqlama 20:28 “Kanada bizsiz yaşaya bilməz” - Tramp 20:14 “İran üçün hər cür imkan yaradıldı” - Heqset 19:58 Ağ Evdə kritik görüş: Tramp Livanlı həmkarı ilə 19:46 İlham Əliyev Almaniyadan yeni görüntülər paylaşdı - VİDEO 19:36 Minlərlə insan sudan zəhərləndi, rəhbərlər həbs olundu 19:30 Ermənilər Azərbaycana güləşməyə gəlir 19:22 Sürücülərin NƏZƏRİNƏ! Bu yol bağlanacaq 19:10 Paytaxtda yanğın başlayıb - Əraziyə çoxsaylı yanğınsöndürənlər göndərildi 18:56 Lukaşenko pis işləyən məmurları Ukrayna sərhədinə “ezamiyyət”ə yollayacaq 18:51 İlham Əliyev Bakıda baş verdiyi iddia edilən gizli görüşdən danışdı 18:35 Zelenski TƏCİLİ müşavirə keçirdi - Rusiya yeni istiqamətdən hücuma hazırlaşır 18:26 İran Küveytə zərbələr endirir - TƏCİLİ - VİDEO 18:14 Ömürlük cəza alanların apellyasiyası davam edir - Məhkəmədə nələr baş verdi? 18:06 Başçısız qalan icra hakimiyyətləri - SİYAHI 17:46 Almaniya Qarabağda mina təmizləyəcək 17:38 Paşinyan nə qədər və hara qədər qaça biləcək? - AÇIQLAMA 17:11 İki dövlət məsləhətləşmələr aparacaq 17:35 Kəndimizdə məhsul yerlə birdir, meyvə qurusunu isə xaricdən daşıyırıq... 17:10 Almaniya ilə imzalanan sənədlər necə icra edilməlidir? 17:33 Azərbaycan və Almaniya davamlı su ehtiyatlarının idarə olunması üzrə əməkdaşlığı artıracaq 17:31 Bütün Xəbərlər