Bakı İran vasitəsilə bu dairələrə MESAJ VERDİ! Hava məkanımızdan...

Bakı İran vasitəsilə bu dairələrə MESAJ VERDİ! Hava məkanımızdan...
30.01.2026 16:41 Təhlil

29 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub. 


Telefon danışığı zamanı İran ətrafında yaranmış vəziyyət müzakirə olunub. Azərbaycanın hava məkanının və ya ərazisinin hər hansı dövlət tərəfindən qonşu İrana və ya hər hansı digər ölkəyə qarşı hərbi əməliyyatların aparılması üçün istifadə edilməsinə heç vaxt imkan verilməyəcəyi xüsusi vurğulanıb.

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Yusif Bağırzadə İran ətrafında yaranmış gərginlik fonunda Azərbaycan–İran təmaslarının xüsusi əhəmiyyət daşıdığını bildirib:


“İranla bağlı gərginlik fonunda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Seyid Abbas Əraqçi arasında baş tutan telefon danışığı regional təhlükəsizlik və diplomatik mesajlar baxımından diqqətəlayiqdir. Azərbaycan tərəfinin hər hansı xarici dövlətin hava məkanımızdan və ya ərazimizdən İran və ya digər ölkələrə qarşı hərbi əməliyyatlar üçün istifadə etməsinə imkan verilməyəcəyini bəyan etməsi təkcə İran üçün deyil, eyni zamanda regiondakı digər dövlətlər və böyük güclər üçün də strateji mesaj xarakteri daşıyır”.

Politoloqun sözlərinə görə, bu mövqe Azərbaycanın neytrallıq xəttini növbəti dəfə açıq şəkildə ortaya qoyur və Bakının müstəqil xarici siyasət yürütmək əzmini nümayiş etdirir:

“Bu açıqlama regional qonşulara və beynəlxalq ictimaiyyətə Azərbaycanın müstəqil siyasət kursuna sadiq olduğunu göstərir. Eyni zamanda İranla diplomatik münasibətlərin qorunması məqsədini də ifadə edir. Azərbaycanın bu mövqeyi Tehran üçün bir növ təminatdır ki, Bakı regionda hər hansı hərbi müdaxilənin tərəfi olmayacaq”.

Y.Bağırzadə vurğulayıb ki, bu bəyanat böyük güclərə də açıq mesajdır:

“Azərbaycan ABŞ, İsrail və digər xarici aktorlara ölkənin milli təhlükəsizlik maraqlarının hər şeydən üstün olduğunu nümayiş etdirir. Bu mövqe regionda balans siyasəti baxımından da önəmlidir. Bakı həm İranla, həm də digər regional və qlobal aktorlarla münasibətlərində tərəfsiz mövqe nümayiş etdirir, hər hansı xarici gücə üstünlük vermədən müstəqil xarici siyasətini qoruyur”.

Ekspert bildirib ki, bu mövqenin açıq şəkildə ifadə olunması həm diplomatik, həm də strateji baxımdan mühüm əhəmiyyət daşıyır və Azərbaycanın regional aktor kimi etibarlılığını bir daha ön plana çıxarır.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
31 JULY 2026
Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 All News