Azərbaycanda NATO planı: Ölkəmiz bölgədə leqal hədəfə çevirə bilər? – RƏY

Azərbaycanda NATO planı: Ölkəmiz bölgədə leqal hədəfə çevirə bilər? – RƏY
28.07.2025 13:37 Təhlil

Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, Azərbaycanda hazırda NATO bazasının yerləşdirilməsi planı olmasa da, gələcəkdə bu, dəyişən geosiyasi proseslər fonunda istisna edilmir. 

Bəs bu planın gerçəkləşməsi nə dərəcədə reallığa uyğundur? 

Mövzu ilə bağlı TodayPress TV-yə danışan siyasi ekspert Əziz Əlibəyli bildirib ki, hazırkı şəraitdə bu məsələ real görünməsə də, gələcəkdə geosiyasi maraqlar kontekstində yenidən gündəmə gələ bilər:

“Dünya dinamikası dəyişir. Bu dəyişikliklər Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı apardığı əməkdaşlıqlarda da özünü göstərir. Nəticədə təhlükəsizlik arxitekturasında yeni aktorlar ortaya çıxır və köhnə güc balansı pozulur. Bu gün ABŞ-nin Azərbaycanda hərbi baza yerləşdirməsi ideyası reallıqdan uzaqdır. Çünki bu, ölkəmizi bölgədə leqal hədəfə çevirə bilər”. 

Ekspertin fikrincə, xüsusilə Rusiya və İran bu cür təhlükəsizlik məsələlərinə həssas yanaşır və hərbi baza ideyasına ciddi reaksiya verə bilər:

“İndiki mərhələdə bu məsələni gündəmə gətirmək absurddur. Amma bu, gələcəkdə mümkün deyil demək də olmaz. Sadəcə bu baş verərsə, qarşılığında hansı təhlükəsizlik arxitekturası qurulacaq? Risklər necə kompensasiya ediləcək? Bu suallara cavab tapılmadan belə qərarlar vermək mümkün deyil”, - deyə Əziz Əlibəyli fikrini sonlandırıb.   

Türkan İsgəndərli

FOTOLAR

Azərbaycanda NATO planı: Ölkəmiz bölgədə leqal hədəfə çevirə bilər? – RƏY — 1
XƏBƏR LENTİ
16 IYUN 2026
Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Livanda PUA dəhşəti: "Hizbullah" üzvlərinin olduğu avtomobillər hədəfə alındı 19:39 Bakıda keçirilən iclasda tarixi qərar 20:42 "Qarabağ" yeni mövsümə necə hazırlaşır? - Qurban Qurbanov danışdı 21:20 Ecenin öldüyü gecə yaşananları anası açıqladı 20:19 Tramp İsraili hədəf aldı, missiyanı Suriyaya verdi: "Hizbullah"ı o məhv edəcək! 20:16 Nöqsana görə qovulan direktor qayıtmağı tələb etdi - Rədd cavabı aldı 20:14 Trampın ən yaxın adamları Moskvaya gedir? - Uşakov açıqladı 20:08 Bakıda qadına qarşı əxlaqsız təkliflər edən manyak saxlanıldı - VİDEO 20:22 Türkiyə hərbi gəmisi ABŞ-yə daxil oldu 19:43 "Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqibi bəlli oldu 19:11 Kürdəmirdə iki maşın aşdı, xəsarət alanlar var 20:10 "Zirə" klubunun Konfrans Liqasındakı rəqibi bəlli oldu 20:10 Oman və İran Hörmüz boğazında azad gəmiçiliyə sadiqliklərini təsdiqlədilər 19:06 Ramil Həsən və Numan Kurtulmuş türk dövlətləri arasında əməkdaşlığı müzakirə etdilər 19:09 "İkinci mərhələ daha çətin olacaq" - Çin XİN rəhbəri xəbərdarlıq etdi 18:46 Ceyhun Bayramov Türk İnvestisiya Fondunun prezidenti ilə görüşdü 18:58 “Qafqaz Qartalı - 2026” təliminin açılış mərasimi keçirildi 18:40 Böyük Britaniya və Aİ arasında ikinci sammit - Tarix açıqlandı 18:36 "Sabah"ın Çempionlar Liqasındakı rəqibi bəlli oldu 18:17 Tarixi imzanın yeri məlum oldu - İsveçrədən rəsmi açıqlama 18:11 Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanladı 17:58 Zelenski Putinin təklifini rədd etdi - görüş ancaq bu şərtlərlə olacaq 17:57 ACR: Modulyarlığın zirvəsi və qəbul olunmayan gələcək 17:47 Paşinyan: "Bütün diqqətimiz Azərbaycandadır" 17:41 Bütün Xəbərlər