Avropada “Ukrayna yorğunluğu”: GERİ DÖNÜŞ başladı...

Avropada “Ukrayna yorğunluğu”: GERİ DÖNÜŞ başladı...
04.12.2025 16:33 Təhlil

Çexiya baş nazirliyinə geri qayıtmış sağçı siyasətçi Andrey Babiş Ukrayna ilə bağlı açıqlama verib. 


O, Çexiyanın Ukraynaya hərbi dəstəyi dayandırdığını açıqlayıb:

"Ukraynaya maddi yardımı da azaldacağıq. Verilməli olan “T72md” tankları da özümüzə lazımdır və onları Ukraynaya təhvil verməyəcəyik". 


Babiş ukraynalı qaçqınlara edilən yardımın da dayandırılacağını deyib. Çexiya ABŞ-dən Purl proqramı çərçivəsində Ukrayna üçün silah alışını da dayandıracaq.

Həmçinin Kanadanın da Ukraynaya ayırdığı yardımda azalma müşahidə olunur. Bu ilin avqustunda Kanada tərəfindən təxminən 680 milyon dollar ayrılmışdısa, indi 235 milyon dollar həcmində yardım paketi elan edilib.

Maraqlıdır, Ukranaya qarşı yardımların dayandırılması və azaldılmasının səbəbi nədir? Bu, Ukraynaya necə təsir edəcək?

Siyasi məsələlər üzrə ekspert Şəhla Cəlilzadə sözügedən məsələni TodayPress TV-yə şərh edərkən bildirib ki, sağçı partiyalar, siyasətçilər arasında Rusiya-Ukrayna müharibəsinə və müharibə maşınının canlı saxlanmasında əsas rol oynayan amil – Ukraynaya yardımların davam etdirilib-etdirilməməsinə münasibət fərqlidir:


“Məsələn, Almaniyada son seçkilərdə hakimiyyətə gələn kansler Fridix Merts Ukraynaya silah və yardım tədarükünü davam etdirməyi dəstəkləyir. Macarıstanda Baş nazir Viktor Orban, Slovakiyada Baş nazir Robert Fitso hökumətləri isə Ukraynaya yardımların dayandırılmasına çalışır. Hətta oktyabr ayında Orban “anti-Ukrayna bloku” yaratmaq təşəbbüsünü irəli sürdü. Bu inisiativin məqsədi qlobal, xüsusilə Avropa miqyasında Ukraynaya yardımların bloklanmasına nail olmaqdır.

Bu təşəbbüsün irəli sürüldüyü həmin ayda Çexiyada Andrey Babiş sağ populist siyasətçi olaraq təkrar hakimiyyətə gəldi. ABŞ Prezidenti Donald Trampın “America First”, yəni “Öncə Amerika” şüarına bənzər şəkildə o da “Öncə Çexiya” şüarını seçmişdi. Bu sadəcə ritorik yamsılama deyildi, həm də siyasətin yeni qlobal tendensiya ilə uyğunlaşdırılması idi. Bu siyasət qlobal balanslaşdırma ilə milli maraqların önə çıxarılmasını nəzərdə tutur. Odur ki, Babiş hələ seçki dövründə bəyan etmişdi ki, onun partiyası ilə hökumət formalaşdırılarsa dövlət büdcəsindən bir koruna belə Ukraynaya silah almaq üçün verilməyəcək. Halbuki ondan öncəki Baş nazir Petr Fiala da mərkəz-sağçı idi, lakin güclü pro-Avropa və pro-NATO mövqeyi ilə seçilir, Ukraynaya yardımların artırılmasını dəstəkləyirdi”.

Analitik sağ axımlarda və onların hakimiyyətə gələn liderlərinin siyasətində dəyişikliyin daha çox qlobal tendensiyadakı dəyişikliklərlə əlaqədar olduğunu vurğulayıb. Başqa ifadə ilə, Tramp müharibəni bitirməkdə qərarlıdır, odur ki, Avropanın siyasətçiləri də artıq növbə-növbə müvafiq tendensiyaya öz siyasətlərini uyğunlaşdırırlar:


“Ukraynaya hərbi və digər yardımların azaldılmasının və ya azaldılacağının bəyan olunmasının səbəbi onu sülh müqaviləsini, daha doğrusu alçaldıcı kapitulyasiya aktını imzalamağa məcbur etməkdir.  Aydındır ki, xarici hərbi yardımlar almazsa, Ukrayna Rusiya qarşısında tab gətirə bilməz. Lakin hərbi yardımlar almaqla da hər hansı irəliləyişə nail olmur. Odur ki, müharibənin bitirilməsi artıq beynəlxalq resursların tükənməkdən yeganə xilas yolu olaraq görülür. Rusiyanın müəyyən güzəştə getməsi üçün diplomatik danışıqlar aparılsa da, bunlar nəticə vermədiyi və Putin heç bir güzəştə getmədiyinə görə — məsələn, elə ən son Uitkoff–Putin görüşünün nəticəsini qeyd etmək olar, Ukrayna üzərində təzyiqlərin daha da artırılacağı istisna edilmir”.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
15 JUNE 2026
Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 All News