ABŞ və İsraildən İrana MESAJ: “Bu, sadəcə TƏLİM deyil!”

ABŞ və İsraildən İrana MESAJ: “Bu, sadəcə TƏLİM deyil!”
04.02.2026 16:07 Təhlil

ABŞ və İsrail birgə hərbi təlimlər keçirib. Qeyd olunur ki, bu, Donald Trampın İrana hücum etmək təhdidləri, həmçinin İranın İsrailə və ABŞ-yə cavab zərbəsi endirmək təhdidləri ilə əlaqədar regional gərginlik fonunda baş verib.

Lakin İsrail hərbçiləri eskadrilyanın gəlişinin iki ölkənin strateji əməkdaşlığı çərçivəsində planlaşdırıldığını, adi bir hadisə olduğunu deyib.

Sual yaranır, sözügedən təlimlərin məqsədi nədir?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi analitik Fuad Heydər deyib ki, ABŞ və İsrailin birgə keçirdiyi təlimlər, regionda İrana verilən xüsusi mesajdır:


"Təbii ki, biz bilirik ki, İsrail və İran arasında gərgin münasibətlər bu günün deyil, illərdir davam edən proseslərin nəticəsidir. Və İsrail-İran münasibətləri bu gün də davam edir".

Ekspert hesab edir ki, İsrail güclü ordusu və kəşfiyyatı ilə İrana qalib gələ bilər:

"İsrail kiçik bir ölkə olsa da, güclü və hegemon dövlətlərdən biridir. Əminliklə deyə bilərik ki, əgər bu müharibə baş verərsə, İsrail İrana qalib gələcək. Çünki İsrail dövlətinin gücünü və potensialını yaxşı bilirik. Eyni zamanda İsrailin kəşfiyyat və xüsusi xidmət orqanları hər yerdə fəaliyyət göstərir. Bunu birmənalı şəkildə bildirmək lazımdır".

Onun sözlərinə görə, ABŞ və İsrail arasında baş verən hərbi təlimlər bir tərəfdən mesaj olsa da, digər tərəfdən iki ölkə arasındakı münasibətlərin bərpası və əlaqələrin müsbət istiqamətdə inkişafını göstərir.

Analitik vurğulayıb ki, bu gün İranda baş verən etiraz aksiyaları və vətəndaş cəmiyyətinin İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneiyə qarşı çıxması İranın demokratiyaya doğru addım atmaq istədiyini göstərir.

O, əlavə edib ki, ABŞ və İsrail İrandan nüvə silahlarını təhvil verməsini tələb edir:


"Bu proseslərdə ABŞ və İsraildən İrana mesaj da vardır. Amerikanın İrana mesajı, əslində, oradakı nüvə silahının aradan qaldırılmasıdır. Çünki orada nüvə silahı və nüvə bazası mövcuddur və buna tezliklə nail olunacağı gözlənilir. Son açıqlamalara görə, İran rəhbərliyi nüvə silahlarını verməyə hazır olduğunu bildirir və heç bir ölkəni nüvə silahları ilə təhdid etmədiklərini vurğulayır".

F.Heydər sonda qeyd edib ki, münasibətlər gərginləşərsə, ABŞ İrana qarşı xüsusi hərbi tədbirlərini görməyə davam edəcək.

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 All News