ABŞ-İran-İsrail müharibəsindən KİMLƏR QAZANCLI ÇIXDI?

ABŞ-İran-İsrail müharibəsindən KİMLƏR QAZANCLI ÇIXDI?
08.04.2026 15:42 Təhlil

Təxminən beş-altı həftə davam edən ABŞ-İsrail-İran müharibəsi Yaxın Şərqin geosiyasi mənzərəsini ciddi şəkildə dəyişdi. 

İsrail tərəfindən “Nərildəyən Şir”, ABŞ tərəfindən isə “Epic Fury” adlandırılan bu qarşıdurma aprelin 7-də iki həftəlik atəşkəs razılaşması ilə dayandırıldı. Hörmüz boğazının açılması şərti ilə əldə olunan bu razılaşma göstərir ki, regionda gərginlik tam aradan qalxmayıb.

İsrailin İrana birgə zərbələri ilə başlayan müharibədə nüvə obyektləri, ballistik raket bazaları, hava müdafiə sistemləri və hərbi infrastruktur hədəf alındı. İlk zərbələr zamanı İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei və bir neçə yüksək rütbəli rəsmi həlak oldu. İran cavab olaraq İsrailə, ABŞ bazalarına, Livan, İraq və Körfəz ölkələrinə yüzlərlə raket və dron atdı, eyni zamanda Hörmüz boğazını bağlayaraq qlobal neft daşınmasını dayandırdı. Nəticədə İranda minlərlə insan həlak olub, İsrail və ABŞ qüvvələrində onlarla itki qeydə alınıb. Regionda ümumi insan itkisi minlərlə, iqtisadi zərər isə yüz milyardlarla dollara çatıb.

Bu müharibədə ABŞ və İsrail İranın nüvə proqramı və raket arsenalı ilə bağlı əsas hədəflərə müəyyən dərəcədə nail oldu. Hərbi infrastruktur zədələndi, rəhbərlik zəiflədi. Qabaqcıl texnologiyalar və müdafiə sistemləri əksər İran hücumlarını neytrallaşdırdı. İran isə cavab zərbələri ilə regionu silkələdi desək yerinə düşər. O, beynəlxalq diqqəti cəlb edib və daxili birliyini qismən qoruya bildi. Ancaq ölkənin iqtisadiyyatı ağır zərər gördü, nüvə və raket proqramı xeyli  gerilədi, donanma və hava müdafiəsi demək olar ki, məhv oldu.

Bəs müharibə dövründə kim nə qazandı? 

ABŞ enerji ixracatçısı kimi yüksək neft qiymətlərindən böyük gəlir əldə etdi, müdafiə sənayesi şirkətləri isə yeni sifarişlərlə zənginləşdi.  Rusiya neft-qaz satışından faydalanaraq Avropaya alternativ təchizatçı kimi mövqeyini gücləndirdi. Norveç, Kanada və Braziliya kimi digər enerji ixracatçıları da qiymət artımından xeyli qazanc götürdülər.

Azərbaycan da öz növbəsində  neft ixracatçısı kimi əsas qazanan ölkələrdən biri oldu. Brent neftinin qiyməti 100-120 dollar/barelə qalxdığı üçün dövlət büdcəsinə əlavə gəlirlər daxil oldu, Dövlət Neft Fondu ehtiyatları artdı və ixrac gəlirləri yüksəldi. İsraillə enerji sahəsində əməkdaşlıq da daha da dərinləşdi. Bununla belə, İranla sərhəddə gərginlik, mümkün qaçqın axını və regional risklər Azərbaycan üçün əsas itki mənbəyi hesab oluna bilər. 

Digər tərəfdən, Çin, Avropa ölkələri, Hindistan və Yaponiya kimi böyük enerji idxalçıları ən ağır itkilərlə üzləşdilər. Neft qiymətlərinin kəskin artması inflyasiyanı gücləndirdi, iqtisadi artımı ləngidib və tədarük zəncirlərini pozdu. Körfəz ölkələri qısa müddətli qazanc əldə etsələr də, infrastruktur zədələnməsi və turizm geriləməsi səbəbindən xeyli itki yaşadılar. 

Ümumilikdə, demək olar ki, bu müharibə heç bir tərəfə tam qələbə gətirməyib. ABŞ və İsrail hərbi məqsədlərə nail olsa da, uzunmüddətli stabillik əldə edə bilməyiblər. İran müqavimət göstərsə də, strateji itkiləri böyükdür. Hörmüz boğazının bağlanması nəticəsində qlobal neft tədarükü azalıb, dünya iqtisadiyyatına yüz milyardlarla dollar zərər dəyib.

Bu müharibədən bir neçə vacib dərs çıxarmaq olar: Hava üstünlüyü və müdafiə sistemlərinin əhəmiyyəti, ucuz dronların bahalı texnologiyalara qarşı təhlükəsi, rəhbərlik zərbələrinin riskləri, strateji iqtisadi nöqtələrin rolu və nəhayət, hərbi gücün təkbaşına problemləri həll etmədiyi. Diplomatiya və beynəlxalq əməkdaşlıq olmadan davamlı sülh mümkün deyil.

Analitiklərin fikrincə, bu iki həftəlik atəşkəs yalnız müvəqqəti fasilədir. Növbəti mərhələdə nüvə danışıqları, iqtisadi bərpa və regional sazişlər regionun gələcəyini müəyyənləşdirəcək. Tarix isə belə qarşıdurmaların çox vaxt gözlənilməz nəticələr doğurduğunu göstərir.

Jalə Rövşən

NEWS FEED
16 JUNE 2026
ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 All News