ABŞ-dən Nigeriyaya təhdid: Eyni anda bir neçə cəbhədə güc nümayişi!

ABŞ-dən Nigeriyaya təhdid: Eyni anda bir neçə cəbhədə güc nümayişi!
03.11.2025 13:18 Təhlil

ABŞ Prezidenti Donald Tramp Nigeriyada xristianların qorunması məqsədilə “İslam terrorçularına” qarşı hərbi tədbirlərə hazırlaşmaq tapşırığı verib. Müdafiə naziri Pit Heqset "X" hesabında bildirib ki, Nigeriya hökuməti vəziyyəti nəzarətə almasa, ABŞ özü müdaxilə edə bilər. Nigeriya Prezidenti Bola Tinubu isə bu ittihamları rədd edib, ölkədə dini dözümsüzlüyün olmadığını vurğulayıb. 

Maraqlıdır, Tramp administrasiyasının bu addımı ABŞ-nin Afrika siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilərmi?  

Mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Tofiq Abbasov bildirib ki, ABŞ ədalətsizliyə göz yumur:


"Amerika siyasəti indi artıq yeni təzahürlərini ortaya qoyur və bildirir ki, o, bütün dünyada istənilən sahədə nizam-intizamın yaradılmasına cavabdehlik daşıyır. Amma əslində Amerikanın özündə elə müsəlmanlara, qaradərililərə, afroamerikanlara qarşı ciddi qəddarlıq halları mövcuddur. Bəs niyə Amerika bu proseslərə özündən başlamır?" 

Politoloq qeyd edib ki, ABŞ “İslam terroru”nu yeni qlobal təhdid kimi göstərir:


"Əlbəttə, burada ilk növbədə rəsmi Vaşinqton göstərmək istəyir ki, o, müsəlman dünyasına daha çox diqqət yetirməlidir. Təsadüfi deyil ki, “İslam terrorçuluğu” və ya “İslam terrorizmi” anlayışı artıq onların siyasi leksikonunda möhkəm yer alıb. Yəni, əgər əvvəllər kommunizm Qərb dünyası üçün – özlərinin dediyi kimi “demokratik azad dünya” üçün – əsas təhdid idisə, indi artıq “İslam terroru” yeni risk və təhlükə kimi təqdim olunur və onunla mütəşəkkil mübarizəyə başlamaq zəruri sayılır".

Onun sözlərinə görə, bu Amerikanın müdaxilə bəhanəsidir:


"Hər halda, müstəqil mənbələr Nigeriyada bu zəmində baş verən ixtişaşların geniş miqyas almadığını göstərir. Nigeriya müstəqillik qazandıqdan sonra da orada iki əsas icma – şimalda çoxluğu təşkil edən müsəlmanlar və cənubda yaşayan xristianlar – arasında müəyyən gərginliklər mövcud olub. Hətta bəzi bölgələrdə dini mənsubiyyəti məlum olmayan qəbilələr də yaşayır ki, onlar hələ Amerika tərəfindən diqqətə alınmır.

Amma xristianlarla bağlı məsələnin ABŞ tərəfindən böyük piar kampaniyasına çevrildiyi görünür. Əgər prezident müdafiə nazirinə bu istiqamətdə tapşırıq verirsə, bu, onu göstərir ki, məsələ bilərəkdən şişirdilir, süni şəkildə dramatikləşdirilir və nəticədə ABŞ müdaxilə üçün zəmin hazırlayır". 

T.Abbasov vurğulayıb ki, ABŞ eyni anda bir neçə cəbhədə güc nümayiş etdirməyə çalışır: 


"Bir tərəfdə Venesuela, digər tərəfdə Nigeriya, üstəlik İran məsələsi – bütün bunlar göstərir ki, Amerika Birləşmiş Ştatları hələ də özünün “tükənməz imkanları”na istinad edərək istənilən istiqamətdə təsir göstərmək iddiasındadır. Bu, müəyyən mənada İsrailin Baş naziri Benyamin Netanyahunun fikirləri ilə oxşarlıq yaradır: o da iddia edir ki, İsrail eyni anda yeddi istiqamətdə müharibə apara bilər. Amerika da Filippindən Yaponiyaya qədər bir çox bölgələrdə eyni iddianı nümayiş etdirir – guya bir neçə cəbhədə mübarizə aparmaq gücünə malikdir və bu proseslərdə “nizam-intizam” yaratmağa qadirdir".   

Ekspertrin fikrincə, bu yanaşma özlüyündə yanlış və ziddiyyətlidir: 

"Çünki əslində Amerika çox vaxt xaosa yol açır. Öz alətləri və baxışları ilə özgə regionlara müdaxilə etməyə çalışması əks nəticə doğurur. Əgər Amerika Nigeriyaya daxil olarsa, bu, böyük strateji səhv olar. Çünki Afrikada ABŞ-nin nüfuzu o qədər də yüksək deyil. Burada, həmçinin, Çinin təsirini məhdudlaşdırmaq niyyəti də özünü göstərir".

"Beləliklə, Amerika reallıqdan çox, öz imkanlarını olduğundan artıq qələmə verir və bu, nəticə etibarilə əks təsir doğura bilər", - deyə politoloq fikrini sonlandırıb. 

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
15 JUNE 2026
FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 ABŞ qalib gəlmədi, İran məğlub olmadı: Əsl qalib kimdir? 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 All News