7 iyun: Ermənistan üçün dönüş nöqtəsi -  ŞƏRH

7 iyun: Ermənistan üçün dönüş nöqtəsi -  ŞƏRH
07.02.2026 19:15 Təhlil

“7 iyun tarixində Ermənistanda keçiriləcək parlament seçkiləri ölkənin gələcək siyasi xəttini və regional münasibətlərini formalaşdıracaq mühüm hadisədir”. 

Politoloq Rəşad Bayramov bunu TodayPress TV-yə danışarkən bildirib. 


Onun sözlərinə görə, seçkilərin nəticələri Avropa, ABŞ, Rusiya və Qafqazın digər dövlətləri üçün də strateji əhəmiyyət daşıyır. 

Ekspert vurğulayıb ki, hazırda Ermənistan daxilində seçki mühiti kifayət qədər mürəkkəbdir: 

“Son illər Ermənistanda ictimai etimadın zəifləməsi və ciddi sosial-iqtisadi problemlərin artması müşahidə olunur. Baş nazir Nikol Paşinyanın populyarlığı əvvəlki qədər yüksək deyil və qarşıdakı dövrdə baş verə biləcək hadisələr seçkilərin nəticələrinə birbaşa təsir göstərə bilər”. 

Bununla belə, analitikin sözlərinə görə, Paşinyan və rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası hələ də seçkilərin əsas namizədi sayılır. O bildirib ki, Paşinyan bu seçkiləri “sülh, sabitlik və davamlı inkişaf” üçün bir imtahan kimi təqdim edir və hökumətin mandatını yenidən qoruyacağına ümid edir. 


Müxalifətin vəziyyətinə toxunan R. Bayramov qeyd edib ki, Ermənistanda müxalifət əsasən keçmiş prezidentlər və köhnə siyasi fiqurlar ətrafında formalaşıb: 

“Ermənistanın keçmiş Prezidentləri Robert Köçəryan və Serj Sarkisyan cütlüyü, eləcə də kilsə rəhbərliyi əsas müxalif qüvvələr kimi çıxış edir. Bu qüvvələr Rusiyayanın regiondakı beşinci kolonu funksiyasını yerinə yetirən aktorlardır. Bu səbəbdən sözügedən seçkiləri Qərblə Rusiya arasında bir növ siyasi yarış kimi də qiymətləndirmək olar. Seçkilərin nəticələri Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinə, sülh danışıqlarının taleyinə və Avropa ilə əlaqələrinin gələcək istiqamətinə birbaşa təsir göstərə bilər”. 


Siyasi şərhçi bildirib ki, bütün bu amilləri nəzərə aldıqda, 7 iyun seçkilərini Ermənistan üçün dönüş nöqtəsi adlandırmaq mümkündür. O, həmçinin qeyd edib ki, Paşinyanın qələbə ehtimalı yüksəkdir. Çünki müxalifət əsasən keçmiş prezidentlərdən ibarətdir və Ermənistan cəmiyyətində onların hakimiyyət dövrü ilə bağlı xatirələr müsbət deyil. 

“Digər tərəfdən, Qərbin aktiv dəstəyi fonunda Nikol Paşinyan özünü daha rahat hiss edir. Bu səbəbdən o, müxalifətə qarşı istənilən təzyiqi Rusiyanın regiondakı təsir imkanlarını zəiflətmək kimi təqdim edərək rəqiblərinə qarşı sərt addımlar atmaqdan çəkinməyəcək. Paşinyan əmindir ki, bu addımlar “insan hüquqları”, “ədalətli seçkilər” və digər oxşar arqumentlərlə onun legitimliyini şübhə altına almayacaq”, - deyə siyasi şərhçi fikrini yekunlaşdırıb. 

Qeyd edək ki, Ermənistan parlamentinə növbəti seçkilər bu il iyunun 7-də keçiriləcək. 

Aysel Mətləb

TodayPress TV

NEWS FEED
31 JULY 2026
ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 All News