300 min azərbaycanlının ayaq səsi İrəvanda eşidildi: Karapetyan say açıqladı

300 min azərbaycanlının ayaq səsi İrəvanda eşidildi:  Karapetyan say açıqladı
05.06.2026 12:26 Təhlil

"Moskvalı oliqarx" Samvel Karapetyan yenə İrəvanın siyasi kulisini ortalığa töküb. Çox narahatdırlar. Onun son açıqlamasında isə qorxunu iliklərinə kimi hiss etdikləri açıq-aydın sezilir.

Karapetyan deyir: "300.000 azərbaycanlının "hücumu" (300.000 azərbaycanlının öz doğma torpaqları - Qərbi Azərbaycana qayıtmasını nəzərdə tutur)  qayıtmasında  zamanı heç bir hərbi parad Ermənistanı qoruya bilməz. Əgər ayıq olmasaq, Ermənistan türkcə danışmağa başlayacaq".

Onun fikirləri köhnə siyasi düzənin dağılması ilə bağlı dərin qorxunu biruzə  verir. 

Karapetyan və onun təmsil etdiyi çevrələr uzun illər Ermənistan cəmiyyətini qorxu üzərində idarə edən sistemin əsas sütunları olublar. Regionda yeni siyasi reallığın formalaşması, sərhədlərin delimitasiyası və sülh prosesinin irəliləməsi onlar üçün illərlə istifadə etdikləri "düşmən obrazı" siyasətinin iflası deməkdir.  Erməni cəmiyyətinə psixoloji təsir rıçaqlarını işə salan revanşist müxalif dairələr hələ də reallıqları həzm etməkdə çətinlik çəkir, sadə vətəndaşları da öz bataqlıqlarına çəkmək istəyirlər.

Ümumiyyətlə, bir şeyi dərk etmək lazımdır ki, müharibə dövlətlərin sərhədlərini dəyişə bilər, amma xalqların dilini və kimliyini zorla dəyişdirmək nə bu regionda, nə də dünyada asan baş verən proses olmayıb. 

Azərbaycanın dövlət siyasəti də heç vaxt başqa xalqların assimilyasiyasına yönəlməyib. Rəsmi Bakının əsas məqsədi beynəlxalq hüququn təmin olunması, kommunikasiyaların açılması və regionda iqtisadi əməkdaşlığın tam genişləndirilməsidir.

Karapetyanın dərdi nə dil məsələsidir, nə də azərbaycanlıların öz doğma yurduna qayıtması. Onun üçün əsas məsələ cibinin dolmasıdır, mənbəyi bəlli olmasa da. Onun və onun kimi düşünənlərin qorxusu Ermənistanın yeni regional reallıqlara uyğunlaşması, Azərbaycan və digər qonşularla normal münasibətlər qurması, nəticədə isə xarici güclərin bölgədəki təsir imkanlarının zəifləməsidir.

Onlar yaxşı anlayırlar ki, sülh müqaviləsi imzalandıqdan sonra uzun illər istifadə etdikləri "xarici düşmən" kartı əvvəlki təsirini itirəcək.

Məhz buna görə də cəmiyyətdə gərginliyi qorumaq, köhnə qorxuları yenidən gündəmə gətirmək və emosional çağırışlarla insanları səfərbər etmək cəhdlərini artırırlar. 

Bu da seçki ərəfəsində (iyunun 7-də Ermənistanda parlament seçkiləri keçiriləcək) siyasi səhnədə tamaşaçı toplamaq üçün qurulan növbəti şou...

Jalə Rövşən 

NEWS FEED
16 JUNE 2026
ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 All News