2026-cı ildə yeni dünya düzəni formalaşacaq - ŞƏRH

2026-cı ildə yeni dünya düzəni formalaşacaq -  ŞƏRH
15.01.2026 13:24 Təhlil

“2026-cı il yeni dünya düzəninin formalaşmasında başlanğıc mərhələ ola bilər. Görünən odur ki, Ağ Ev hazırda genişmiqyaslı qlobal əməliyyata start verib və bu prosesin prioritet məqsədi yeni dünya düzənini məhz ABŞ-nin maraqları çərçivəsində formalaşdırmaqdır”.

Politoloq Elçin Xalidbəyli bunu TodayPress TV-yə şərh edərkən bildirib.


Onun sözlərinə görə, hazırda yeni dünya düzəninin formalaşmasında həlledici hadisələr məhz Amerika Birləşmiş Ştatları ətrafında cərəyan edir. Çünki ABŞ qlobal nizamı öz strateji maraqlarına uyğun şəkildə yenidən qurmaq missiyasını üzərinə götürüb. Burada isə əsas amil Tramp administrasiyasının konkret və prioritet hədəflər müəyyən etməsidir.

“Birinci strateji hədəf Avropa İttifaqının (Aİ) ABŞ-nin əsas iqtisadi-ticari rəqibləri siyahısından kənarlaşdırılmasıdır. Burada əsas məqsəd Aİ-nin öz maliyyə-iqtisadi resursları vasitəsilə Vaşinqtonun iqtisadi yüksəlişinə müsbət töhfə verməsini təmin etməkdir. Ağ Ev Avropa ölkələrinin ticarət əlaqələrini daha çox ABŞ şirkətləri və onun istehsalı olan məhsullar üzərində qurmasını, beləliklə, Avropanın kapital və maliyyə axınının ABŞ-yə yönəlməsini hədəfləyir”, - deyə analitik vurğulayıb.

Xalidbəylinin fikrincə, ikinci mühüm məqam Vaşinqtonun Qrenlandiya, Kanada və Latın Amerikası üzərində birbaşa nəzarəti təmin etmək cəhdləri ilə bağlıdır.  O bildirib ki, ABŞ Latın Amerikası ölkələrinə təsir mexanizmlərini gücləndirərkən, Qrenlandiyanı öz dövlət sərhədlərinə daxil etməyə, Kanadanı isə faktiki olaraq ölkənin ştatlarından birinə çevirməyə çalışır. Bu addımlar Vaşinqtonun qlobal məkanda həyata keçirdiyi genişmiqyaslı geostrateji planların tərkib hissəsidir.

"Nəhayət, ABŞ-nin dünya hegemonluğunu qorumaq və “mərkəzi jandarm” rolunu yaratmaq üçün atdığı növbəti addımlar NATO-nun birbaşa Vaşinqtondan asılı vəziyyətə gətirilməsinə yönəlib. Ağ Evin yanaşmasına görə, NATO mövcud formatda fəaliyyətini davam etdirə bilməz. Alyans ya tamamilə sıradan çıxmalı, ya da bütövlükdə Pentaqonun tabeliyində olan bir struktura çevrilməlidir”, - deyə siyasi şərhçi izah edib.

O bildirib ki, hazırda ABŞ Avropa ölkələri üzərindəki “təhlükəsizlik çətirini” geri çəkməklə müttəfiqlərini bu yeni reallığa uyğunlaşmağa məcbur edir.

Politoloq son olaraq vurğulayıb ki, Birləşmiş Ştatların ən əsas strateji hədəfi Çini qlobal meydanda ABŞ ilə üz-üzə qalan yeganə gücə çevirməkdir:

“Vaşinqton dünyanın maliyyə, iqtisadi və hərbi resurslarını öz nəzarəti altına almaqla Pekini zəiflətməyə çalışır. Bu kontekstdə Ukrayna müharibəsindən istifadə olunur. Belə ki, Rusiyaya müəyyən güzəştlər təklif etməklə onu Çindən uzaqlaşdırmaq hədəflənir”.

Aysel Mətləb

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başladı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 ABŞ qalib gəlmədi, İran məğlub olmadı: Əsl qalib kimdir? 19:39 All News