2 milyardı əhatə edən saziş: Dehlidə TARİXİ GÜN

2 milyardı əhatə edən saziş: Dehlidə TARİXİ GÜN
28.01.2026 17:29 Təhlil

"Hindistan və Aİ arasında 2 milyard əhalini əhatə edən saziş Vaşinqtona siyasi mesajdır".

TodayPress TV xəbər verir ki, bunu "Atlas" Araşdrımalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu oz "Facebook" hesabında yazıb. 


O bildirib ki, Avropa İttifaqı və Hindistan təxminən 20 il davam edən danışıqlardan sonra azad ticarət sazişi imzalayıb: 

"İmzalanma mərasimi sammit çərçivəsində Dehlidə keçirilib. Tədbirdə Hindistanın baş naziri Narendra Modi, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa İttifaqı Şurasının sədri Antonio Koşta iştirak ediblər. Modinin sözlərinə görə, bu, ölkə tarixində ən böyük azad ticarət müqaviləsidir. O, sazişi “bütün sövdələşmələrin anası” kimi qiymətləndirib. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen isə sazişi Avropa tarixində mühüm hadisə adlandırıb və 2 milyard əhalini əhatə edən azad ticarət zonasının yaradıldığını, bundan hər iki tərəfin faydalanacağını vurğulayıb".

Analitik sazişin əhəmiyyətini vurğulayarkən deyib ki, ticarət rüsumlarının azaldılması və ekoloji əməkdaşlıq müsbət qiymətləndirilə bilər:

"Hindistan və Avropa İttifaqı satışa çıxarılan malların 90%-dən çoxuna idxal rüsumlarını ləğv edir və ya azaldır. “The Times of India”ya görə, Hindistan Avropadan idxal olunan meyvə şirələri, emal olunmuş ərzaq məhsulları, zeytun yağı, marqarin və digər bitki yağlarına tətbiq olunan rüsumları ləğv edəcək, bu da Avropa İttifaqının kənd təsərrüfatı ixracı üçün bazarını açacaq. Həmçinin, hazırda 150%-ə çatan Avropa istehsalı güclü spirtli içkilərə tətbiq edilən rüsumlar 40%-ə endiriləcək. Digər tərəfdən, telekommunikasiya, nəqliyyat, mühasibat uçotu və audit daxil olmaqla, xidmət ticarəti üçün normalar liberallaşdırılır. Avropa İttifaqı ekoloji əməkdaşlıq öhdəliyi götürərək istixana qazı emissiyalarının azaldılması və “sənaye transformasiyası” üçün Hindistana 500 milyon avro ayıracaq".

Politoloq qeyd edib ki, sazişdən əvvəl də Avropa İttifaqı Hindistanın ən böyük ticarət tərəfdaşı idi: 

"2024–2025-ci illərdə Hindistan və Avropa İttifaqı arasında ikitərəfli mal ticarəti 136,53 milyard dollara çatıb, xidmət ticarəti isə 83,1 milyard dollar təşkil edib".

E.Şahinoğlunun qənaətincə, saziş ABŞ-yə siyasi mesajdır: 

"Hazırkı sazişin önəmi həm də ondadır ki, hindistanlı ixracatçılar Çindən asılılığını azalda biləcəklər. Saziş Vaşinqtona da mesajdır. ABŞ Prezidenti Donald Tramp Hindistanla ticarət sazişinin imzalanmasını ləngidir və Hindistana müəyyən tələblər irəli sürüb. ABŞ-nin maliyyə naziri Skott Bessent Brüssellə Dehli arasında imzalanan sazişi tənqid edərək bildirib: “Biz Hindistana Rusiya nefti aldığına görə 25% rüsum tətbiq etdik. Ancaq avropalılar Hindistanla ticarət sazişi imzaladılar. Avropalılar özlərinə qarşı müharibəni maliyyələşdirirlər”. Buna baxmayaraq, Brüssel Vaşinqtonun tövsiyəsinə əməl etməyib". 

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 All News