131 illik həll olunmayan problem: Britaniya mirası regionu qana bulayır

131 illik həll olunmayan problem: Britaniya mirası regionu qana bulayır
22.04.2026 18:19 Təhlil

Pakistanla Əfqanıstan arasında münasibətlər uzun illərdir ki, xüsusilə Durand xətti ətrafında yaranan sərhəd mübahisəsi və təhlükəsizlik problemləri fonunda gərgin olaraq qalır. 

Maraqlıdır, bəs bu münaqişənin əsas səbəbləri nədir? 

Sözügedən mövzunu siyasi analitik Aydın Tağıyev TodayPress TV-yə şərh edib. 


O bildirib ki, bu, demək olar ki, Durand xətti mübahisəsidir: 

“Tarixə nəzər salsaq, 1893-cü ildə Britaniya tərəfindən çəkilmiş sərhəd xətti Əfqanıstan tərəfindən heç vaxt tam tanınmayıb. Bu isə mütəmadi olaraq sərhəd postlarında toqquşmalara və qan tökülməsinə səbəb olur. Bu münaqişədə Pakistan iddia edir ki, anti-Pakistan silahlı qruplar Əfqanıstan ərazisində gizlənir və hücumlar təşkil edir. Digər tərəfdən, daxili motivlərə nəzər yetirdikdə hər iki ölkədə hökumətlər sərt mövqeləri daxili legitimlik üçün istifadə edir, kompromis isə zəiflik kimi qəbul olunur. Bu ilin fevralından Pakistan Kabul və Kandahara hava zərbələri endirdi, bunu “açıq müharibə” adlandırdı. Taliban hökuməti dron hücumları ilə cavab verdi, qaynar nöqtə artıq kritik həddə çatdı”.


Analitik diqqətə çatdırıb ki, hətta Ramazan Bayramı zamanı müvəqqəti atəşkəs elan olunsa belə, bayramdan sonra yenidən artilleriya və hava hücumları başlayıb:

“Münaqişə artıq ikinci aya keçir, sərhəd bölgələrində mülki itkilər artır, yüzlərlə insan həlak olub və yaralanıb. Bu da ciddi humanitar və qaçqın böhranlarına gətirib çıxaracaq. Region ölkələri üçün də bu hal qaçılmazdır”.

Onun sözlərinə görə, humanitar böhran gündən-günə artır. Sərhəd bölgələrində yüzlərlə mülki şəxs, o cümlədən uşaqlar və humanitar işçilər həlak olub. Minlərlə insan köçkün vəziyyətinə düşüb. Mövcud münaqişə regional sabitlik riskini çox ciddi şəkildə poza bilər. Münaqişə yalnız Pakistan və Əfqanıstanı deyil, həm də Orta Asiya və Hindistanı təsir edə bilər.

A.Tağıyev qeyd edib ki, burada xarici aktorların rolu da böyükdür:

“Münaqişə həm də böyük güclərin regiondakı maraqları ilə əlaqəlidir, sərhəd böhranı geosiyasi rəqabəti günbəgün dərinləşdirir. Burada Əfqanıstan Taliban hökuməti sərhəd məsələsini milli suverenlik simvolu kimi təqdim edir və kompromisdən qaçır. Digər tərəfdə dayanan Pakistan İslamabad isə sərhəd təhlükəsizliyini prioritet sayır, lakin sərt hərbi cavab daxildə siyasi güc nümayişi kimi istifadə olunur”.


Analitik sonda əlavə edib ki, münaqişənin davamı regional sabitliyi daha da zəiflədəcək: 

“Durand xətti münaqişəsi tarixi kökləri olan, lakin hazırda daxili siyasi motivlər və militant faktorlarla qızışdırılan bir böhrandır. Diplomatik vasitəçilik olmadan bu qarşıdurma “dondurulmuş münaqişə” mərhələsindən “açıq müharibə” mərhələsinə keçə bilər”.

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 All News