"Sabah" "Orhus" azarkeşləri ilə bağlı insidentə aydınlıq gətirdi

"Sabah" "Orhus" azarkeşləri ilə bağlı insidentə aydınlıq gətirdi
12.08.2026 20:09

"Sabah" futbol klubu bəyanat yayıb.

TodayPress TV xəbər verir ki, bəyanat klubun rəsmi saytında dərc edilib.

Ölkə çempionu Danimarka təmsilçisi "Orhus"a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında yaşananlara aydınlıq gətirib:

"Ötən gün klubumuzun tarixində böyük qələbə və Azərbaycan futbolu üçün mühüm hadisə yaşandı. Komandamızın əldə etdiyi nəticə ilə qürur duyur, bu tarixi gündə bizimlə birlikdə olan və komandamızı dəstəkləyən bütün azarkeşlərimizə təşəkkür edirik. Bu böyük futbol bayramının fonunda oyundan öncə azarkeşlərin iştirakı ilə baş vermiş insident barədə yayılan məlumatlar təəssüf hissi doğurur. "Sabah" Futbol Klubu bu məsələ ilə bağlı öz mövqeyini bildirməyi vacib hesab edir".

"Sabah" hər zaman "fair play" prinsiplərinə, qarşılıqlı hörmətə və sivil davranış qaydalarına böyük önəm verdiyini vurğulayıb:

"Xüsusilə "Sabah"ın oyunlarını izləyən azarkeşlərin əhəmiyyətli hissəsini ailələr və uşaqların təşkil etməsi ilə fəxr edirik. Ev oyunlarımızda formalaşmış ailəvi, təhlükəsiz və mehriban atmosfer klubumuz üçün xüsusi dəyər daşıyır. Eyni zamanda, oyunlarımız zamanı təhlükəsizliyin və ictimai asayişin yüksək səviyyədə təmin edilməsində Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının və təhlükəsizlik xidmətlərinin peşəkarlığını yüksək qiymətləndiririk. Beynəlxalq yarışlarda Azərbaycanı təmsil edən klub olaraq ölkəmizin qonaqpərvərlik ənənələrinə xüsusi önəm veririk. Bakıya gələn bütün rəqib komandaların nümayəndələrinə və onların azarkeşlərinə milliyyətindən və hansı klubu təmsil etməsindən asılı olmayaraq hörmətlə yanaşırıq və bundan sonra da yanaşacağıq. Bununla yanaşı, dünən baş vermiş hadisənin tam kontekstinin düzgün təqdim olunmasını vacib hesab edirik".

Bildirilib ki, klubun hazırda malik olduğu məlumat və materiallara əsasən, insidentdən əvvəl qonaq azarkeşlər tərəfindən yerli azarkeşlərə qarşı şifahi aqressiya nümayiş etdirilib, o cümlədən Azərbaycan mədəni kontekstində təhqiramiz hesab edilən müəyyən ifadələrdən istifadə olunub.

"Bununla belə, klubumuzun mövqeyi birmənalıdır: hadisədən əvvəl hansı şəraitin və ya təxribatın olmasından asılı olmayaraq, biz heç bir halda fiziki aqressiyanı və zorakılığı dəstəkləmir və ona haqq qazandırmırıq. İstənilən mübahisə və anlaşılmazlıq sivil və qanuni yollarla həll edilməlidir və heç bir halda fiziki qarşıdurmaya çevrilməməlidir. Klub baş vermiş hadisə ilə bağlı UEFA və aidiyyəti qurumlarla tam əməkdaşlığa hazırdır. Hadisənin bütün hallarının obyektiv şəkildə araşdırılması üçün klubun sərəncamında olan məlumat və materiallar, o cümlədən müvafiq müşahidə kameralarının görüntüləri aidiyyəti qurumlara təqdim olunur və zərurət yarandığı halda bundan sonra da təqdim ediləcək. Biz hüquq-mühafizə orqanlarının peşəkarlığına tam hörmət və etimadla yanaşır, baş vermiş hadisənin bütün detallarının obyektiv və qanun çərçivəsində araşdırılacağına inanırıq. Eyni zamanda, həm öz azarkeşlərimizi, həm də ölkəmizə gələn xarici azarkeşləri qarşılıqlı hörmətə, futbol mədəniyyətinə riayət etməyə, bir-birinin və səfər etdikləri ölkənin mədəniyyətinə, ənənələrinə və dəyərlərinə hörmətlə yanaşmağa çağırırıq. Futbol insanları milliyyətindən, dilindən və mədəniyyətindən asılı olmayaraq birləşdirən böyük oyundur və ayrı-ayrı insidentlər bu dəyərlərə kölgə salmamalıdır. "Sabah" Futbol Klubu bundan sonra da Azərbaycanı və Azərbaycan futbolunu beynəlxalq arenada layiqincə təmsil etmək üçün əlindən gələni edəcək".

Xatırladaq ki, rəqibini dörd cavabsız qolla məğlub edən "Sabah" UEFA Çempionlar Liqasında pley-offa yüksəlib.

TodayPress TV

NEWS FEED
20 AUGUST 2026
Tajikistan turns to Iran amid fuel shortages in Russia 14:21 Iran warns US: “This time, we will use more powerful weapons” 13:53 North Korea fires 10 ballistic missiles into the Sea of Japan 13:48 Kolumbiyada fövqəladə vəziyyət elan edildi 12:47 Beyin şişlərinə qarşı yeni silah - Kəllədə gizli immun mexanizm aşkarlandı 12:39 “Sabah”ın Simiçi Çempionlar Liqasında tarixə düşdü 13:42 Cənubi Koreya Arktika üzərindən Avropaya gedir: Yeni marşrut sınaqdan keçiriləcək 12:52 “Tottenhem”dən “Mançester Siti”yə böyük hücum planı: iki ulduz hədəfdə 13:24 Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!” 13:04 Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq 12:48 “Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Three supermassive black holes found in a distant galaxy—and they may collide 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azerbaijan expresses condolences to CAR over deaths of miners 11:58 Trump’s secret plan revealed: How are 10 million barrels of oil transported every night? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 First death from West Nile virus recorded in Israel 10:44 All News