Cokoviçə dəstək: əfsanə tənqidlərə cavab verdi

Cokoviçə dəstək: əfsanə tənqidlərə cavab verdi
18.03.2026 16:33

“Böyük Dəbilqə” turnirlərinin 8 qat qalibi olan amerikalı Cimmi Konnors serbiyalı tennisçi Novak Cokovicin karyerasını bitirməsi ilə bağlı səslənən fikirlərə münasibət bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə “Tennis World USA” məlumat yayıb. 

“İnsanların onun getməli olduğunu deməsi xoşuma gəlmir. Bunu deyə biləcək yalnız bir nəfər var – o da özüdür. Heç kim bir insanın bu qədər sevdiyi şeyi onun əlindən ala bilməz.

Onun necə oynadığı rekordlarından, bu oyundan aldığı zövqdən görünür. Eyni zamanda özünü qane edən səviyyədə qalmağa çalışır. Məncə, əsas məsələ də budur.

O, heç kimə xoş gəlmək məcburiyyətində deyil. Mənə də yox – mən sadəcə izləyiciyəm. O, yalnız özünü qane etməlidir. Əgər korta çıxıb əlindən gələni etdiyini hiss edirsə – ki, görünür hər gün belə edir – bundan artıq heç nə tələb olunmur”, – deyə Konors bildirib.

Qeyd edək ki, 38 yaşlı Novak Cokovic çiyin zədəsinə görə “Mayami Open”dən geri çəkilib. O, ötən il bu turnirdə finala yüksəlmiş və həlledici görüşdə Yakub Mensikə uduzmuşdu.

Namiq HUN

TodayPress TV

NEWS FEED
20 AUGUST 2026
North Korea fires 10 ballistic missiles into the Sea of Japan 13:48 Kolumbiyada fövqəladə vəziyyət elan edildi 12:47 Beyin şişlərinə qarşı yeni silah - Kəllədə gizli immun mexanizm aşkarlandı 12:39 “Sabah”ın Simiçi Çempionlar Liqasında tarixə düşdü 13:42 Cənubi Koreya Arktika üzərindən Avropaya gedir: Yeni marşrut sınaqdan keçiriləcək 12:52 “Tottenhem”dən “Mançester Siti”yə böyük hücum planı: iki ulduz hədəfdə 13:24 Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!” 13:04 Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq 12:48 “Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Three supermassive black holes found in a distant galaxy—and they may collide 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azerbaijan expresses condolences to CAR over deaths of miners 11:58 Trump’s secret plan revealed: How are 10 million barrels of oil transported every night? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 First death from West Nile virus recorded in Israel 10:44 “This is the end of the journey!” David Coulthard discusses Zandvoort’s Formula 1 future 10:28 Abbas Araghchi reacts to Donald Trump’s statements 10:24 All News