Xüsusi qayğıya ehtiyacı olan şəxslərin iştirakı ilə sərgi təşkil olundu

Xüsusi qayğıya ehtiyacı olan şəxslərin iştirakı ilə sərgi təşkil olundu
30.05.2025 10:59 Sosial

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan Şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin yetirmələri, eləcə də Agentliyin 1 və 3 saylı Uşaq evi sosial xidmət müəssisələrinin benefisiarlarının iştirakı ilə rəsm pleneri təşkil olunub. 

TodayPress TV xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə keçirilən sərgi 28 May - Müstəqillik Gününə həsr olunub. 

Tədbir çərçivəsində İçərişəhərin simvollarından olan Qız qalasının ətrafında sərgi və satış yarmarkası təşkil olunub. Əlilliyi olan Şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin 10 gənc yetirməsinin əl işlərindən ibarət 6 müxtəlif istiqamət (toxuculuq, dərzilik, vitraj boyama, rəssamlıq, toxunma suvenirlər və muncuqla hazırlanmış bəzək əşyaları) üzrə 300-ə yaxın sənət nümunəsi nümayiş etdirilib. 

Sərginin məqsədi əlilliyi olan gənclərin yaradıcılıq potensialının üzə çıxarılması, onların peşə bacarıqlarının geniş ictimaiyyətə təqdim olunması, eyni zamanda milli sənətkarlıq ənənələrinin qorunub saxlanılması və təşviq edilməsidir. 

Bu kimi tədbirlər həmçinin bu kateqoriyadan olan gənclərin məşğulluq imkanlarının dəstəklənməsi, cəmiyyətin bu sahəyə olan marağının gücləndirilməsini hədəfləyir.

FOTOLAR

Xüsusi qayğıya ehtiyacı olan şəxslərin iştirakı ilə sərgi təşkil olundu — 1
Xüsusi qayğıya ehtiyacı olan şəxslərin iştirakı ilə sərgi təşkil olundu — 2
Xüsusi qayğıya ehtiyacı olan şəxslərin iştirakı ilə sərgi təşkil olundu — 3
Xüsusi qayğıya ehtiyacı olan şəxslərin iştirakı ilə sərgi təşkil olundu — 4
Xüsusi qayğıya ehtiyacı olan şəxslərin iştirakı ilə sərgi təşkil olundu — 5
Xüsusi qayğıya ehtiyacı olan şəxslərin iştirakı ilə sərgi təşkil olundu — 6
Xüsusi qayğıya ehtiyacı olan şəxslərin iştirakı ilə sərgi təşkil olundu — 7
Xüsusi qayğıya ehtiyacı olan şəxslərin iştirakı ilə sərgi təşkil olundu — 8
Xüsusi qayğıya ehtiyacı olan şəxslərin iştirakı ilə sərgi təşkil olundu — 9
XƏBƏR LENTİ
16 IYUN 2026
Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bütün Xəbərlər