Toğrul Hüseynov Hanoyda vyetnamlı həmkarı ilə görüşdü

Toğrul Hüseynov Hanoyda vyetnamlı həmkarı ilə görüşdü
17.07.2025 16:42 Sosial

Ədliyyə nazirinin müavini Toğrul Hüseynov Vyetnama səfəri çərçivəsində vyetnamlı həmkarı Nguyen Thanh Tinh ilə görüşüb.

TodayPress TV xəbər verir ki, görüş zamanı iki ölkə arasında iqtisadi, sənaye və digər sahələrdə dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələrin inkişafı məmnunluqla qeyd olunub, hüquqi sahədə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi vurğulanıb.

Tərəflər bu ilin may ayında imzalanmış  “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Ədliyyə Nazirliyi arasında 2025-2027-ci illər üçün Əməkdaşlıq Proqramı”nın icrası barədə müzakirələr ediblər. 

Görüşdə ən yaxşı təcrübələrin bölüşülməsi, hüquqi sahədə təlim və tədrisin təşkil edilməsi və ədliyyə sahəsində mövcud əməkdaşlıq mexanizmlərinin daha da gücləndirilməsi məqsədilə işçi qrupların yaradılması və qarşılıqlı səfərlərin təşkil edilməsi barədə fikir mübadiləsi aparıblar.  

Qeyd edək ki, Toğrul Hüseynov Vyetnamın paytaxtı Hanoy şəhərində keçirilən Azərbaycan-Vyetnam iqtisadi-ticarət və elmi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclasında iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibində təmsil olunur.

FOTOLAR

Toğrul Hüseynov Hanoyda vyetnamlı həmkarı ilə görüşdü — 1
XƏBƏR LENTİ
15 IYUN 2026
Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Bütün Xəbərlər