Tələbə adını qazanan şəhid övladlarına mükafatı təqdim edilir

Tələbə adını qazanan şəhid övladlarına mükafatı təqdim edilir
15.09.2025 09:40 Sosial

“YAŞAT” Fondu tərəfindən ali təhsil müəssisəsinə qəbul olunan şəhid ailəsi üzvlərinə və müharibə əlillərinə 2000 AZN məbləğində pul mükafatı təqdim ediləcək.

TodayPress TV xəbər verir ki, bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev 2025–2026-cı tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul olunan şəhid ailəsi üzvləri ilə görüş keçirib.

İlk dəfə tələbə adını qazanan şəhid ailəsi üzvləri və müharibə əlilləri mükafatla bağlı ətraflı məlumatı “YAŞAT” Fondunun 8110 Çağrı Mərkəzi vasitəsilə əldə edə bilərlər.

Mükafat üçün isə DİM vasitəsilə yerli universitetlərə qəbul olmuş və ya dünyanın ən yaxşı TOP 1000 beynəlxalq universitetlərinə daxil olan tələbələr müraciət edə bilərlər. 

Müraciətlərin qəbulu üçün son tarix 31 oktyabr 2025-ci ildir.

TodayPress TV

FOTOLAR

Tələbə adını qazanan şəhid övladlarına mükafatı təqdim edilir — 1
Tələbə adını qazanan şəhid övladlarına mükafatı təqdim edilir — 2
Tələbə adını qazanan şəhid övladlarına mükafatı təqdim edilir — 3
XƏBƏR LENTİ
01 AVQUST 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Bütün Xəbərlər