Sığınacaqlarda böyüyən uşaqların sonrakı taleyi necə olur?

Sığınacaqlarda böyüyən uşaqların sonrakı taleyi necə olur?
03.10.2025 17:34 Sosial

Sığınacaqlarda böyüyən uşaqlar üçün ən böyük sınaq 18 yaş tamamlandıqdan sonra başlayır. 

Bu yaşdan etibarən onlar sığınacaqdan ayrılmalı və müstəqil həyata qədəm qoymalıdırlar. 

Ancaq necə, hansı şərtlər altında, kimin və ya hansı qurumun dəstəyi ilə – bunlar isə aidiyyatı şəxsləri ən çox narahat edən suallar sırasındadır.

Hüquqşünas Şamil Paşayev TodayPress TV-yə bildirib ki, qanunvericilik belə gənclərin sosial müdafiəsini nəzərdə tutsa da, real həyatda onların iş tapmaq, təhsilini davam etdirmək və yaşayış yerini təmin etməkdə çətinlikləri çox olur.


Onun sözlərinə görə, cəmiyyətdə iqtisadi müstəqilliyini təmin edə bilməyən fərdlər təkcə özləri üçün deyil, həm də dövlət üçün təhlükə yaradırlar:

"Bu şəxslər müxtəlif maraq qruplarının təsiri altına düşə bilərlər, çarəsizlik içində olduqda isə narkomaniya, alkoqolizm, dini radikalizm və ekstremist siyasi cərəyanlara (məsələn, faşizm, bolşevizm) qoşulma riski artır.

Belə hallar yalnız fərdin həyatını yox, həm də dövləti mənfi təsirə məruz qoyur. Buna görə də bu kimi problemlərin qarşısını almaq üçün iqtisadi müstəqilliyin təmin edilməsi prioritet olmalıdır".

Hüquqşünasın fikrincə, dövlətin və qeyri-hökumət təşkilatlarının bu istiqamətdə layihələr həyata keçirməsi, gənclərə iş, təhsil və sosial adaptasiya imkanları yaratması vacibdir:

"İnternat məktəblərində təhsil alan uşaqların gələcəkdə ixtisaslı peşələrə yiyələnməsini məktəb vaxtından təmin etmək mümkündür. Məsələn, internatları idman təmayüllü, xüsusilə də futbol təmayüllü etmək olar. Azərbaycana beynəlxalq futbol məktəblərini gətirərək həmin internatlarda futbolun inkişafına şərait yaratmaq olar ki, uşaqlar gələcəkdə özlərinə uyğun peşə seçə bilsinlər.

Eyni zamanda, istənilən digər peşə sahələri, məsələn, aşpazlıq, dülgərlik və ya başqa ixtisaslar üzrə maraq göstərənlər üçün də təlimlər təşkil etmək olar. Həmçinin sosial elmlər, tibb və dəqiq elmlər sahəsində inkişaf etmək istəyənlər üçün də müvafiq şərait yaradılmalıdır".

Hüquqşünas əlavə edib ki, dövlət əlavə tədbirlər kimi ilkin kreditlər də verə bilər:

"Azərbaycanda kredit faizləri təxminən 20% civarındadır. Lakin uşaqlar və gənclər üçün dövlət xüsusi kredit proqramları təşkil edə bilər. İlk 5-6 il ödənişsiz, daha sonra isə 20-25 il ərzində, 1%, 2% və ya 3% kimi simvolik faizlə kreditlərin verilməsi təmin oluna bilər. Bu kreditlər vasitəsilə onlar öz işlərini qura, məşğulluq problemlərini həll edə bilərlər.

Bundan əlavə, həmin şəxsləri kommunal ödənişlərdən azad etmək kimi sosial dəstək tədbirləri də həyata keçirilə bilər".

TodayPress TV-yə danışan sosioloq Hüseyn İbrahimov isə bildirir ki, sığınacaqlarda böyüyən şəxslər cəmiyyətə inteqrasiya etməkdə, münasibətlər qurmaqda və özlərini qəbul etdirməkdə müəyyən çətinliklərlə üzləşirlər.


"Əvvəllər Təhsil Nazirliyi və uşaq evləri tərəfindən "deinstitusionalaşma" adlı bir layihə həyata keçirilirdi. Bu layihənin məqsədi internatlarda yaşayan uşaqların ailələrə verilərək orada sosiallaşmasını təmin etmək idi. Bu, müsbət addım idi və uşaqların ailə mühitində böyüməsinə şərait yaradırdı.

Lakin layihə sonradan bir neçə dəfə fərqli panellərdə müzakirə olunsa da, tam şəkildə tətbiq oluna bilmədi. Hələ də internatlarda valideyn himayəsindən məhrum olan uşaqlar qalır və onlar 18 yaşına qədər himayə olunurlar. Problem isə ondan ibarətdir ki, bu uşaqlar 18 yaşdan sonra özlərinə ev və sosial dəstək tapmaqda çətinlik çəkirlər".

Sosioloqun fikrincə, bu sahədə sosial layihələrin artırılmasına ciddi ehtiyac var. Qeyri-hökumət təşkilatları öz yerlərdəki layihələrini genişləndirməli, həmin gənclərin həm maariflənməsi, həm də yaşayış şəraitlərinin yaxşılaşdırılması istiqamətində işlər görməlidirlər.

Beləliklə, sığınacaqlarda böyüyən uşaqların 18 yaşdan sonrakı həyatı təkcə şəxsin mübarizəsi deyil, həm də cəmiyyətin onlara göstərdiyi dəstəkdən asılı olur. Buna görə də bütün qərarlarımızda diqqətli davranmalı və qarşımızdakı insana qarşı empatiya hissi qurmalıyıq.

Ziyafət Əlisoy, Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Bütün Xəbərlər