Saxta alkoqollu içkiləri necə tanıya bilərik? - Mütəxəssis açıqladı

Saxta alkoqollu içkiləri necə tanıya bilərik? - Mütəxəssis açıqladı
12.11.2025 15:29 Sosial

Ölkə ərazisində aparılan monitorinqlər zamanı bəzi mağazalarda spirtli içkilərdə saxtalaşdırma əlamətləri müəyyən edilir.

Saxta olduğu müəyyən edilən içkilərin satışı dərhal dayandırılır, məhsullar saxlanmaya götürülür.

Bəs alıcılar saxta içkiləri necə tanıya bilər?

Mövzu ilə bağlı şərabçı, professor Vüqar Mikayılov TodayPress TV-yə bildirib ki, “saxta içki” anlayışı bəzən səhv başa düşülür və bu, məhsulun mütləq keyfiyyətsiz və ya insan sağlamlığı üçün təhlükəli olması demək deyil.


Onun sözlərinə görə, belə halların əsas səbəbi adətən içkilərin üzərinə saxta aksiz markalarının vurulması ilə bağlı olur:

"Saxta içki dedikdə, əksər hallarda içkinin tərkibində problem olmur. Məsələ ondadır ki, bu içkilərin bir çoxunda aksiz markaları saxta olur. Yəni məhsul qanuni aksizlə deyil, saxta aksizlərlə satışa çıxarılır. Belə vəziyyətdə mağazanı işlədən şəxslər belə bunu müəyyən edə bilmirlər. Çünki hər bir içkinin üzərində aksiz markası var və onun saxta olub-olmadığını adi yolla anlamaq mümkün deyil. Bunu yalnız vergi orqanlarında mövcud olan xüsusi cihazlar vasitəsilə yoxlamaq olar".

Professor vurğulayıb ki, mağazalara saxta məhsulların daxil olmasının qarşısını almağın ən effektiv yolu elektron qaimə sistemindən istifadədir:

"Saxta malların dövriyyəsinin qarşısını almaq üçün mağazalardakı bütün məhsullar elektron qaimələrlə sənədləşdirilməlidir. Elektron qaimənin olmaması saxta malların satışına şərait yaradır".

Vüqar Mikayılov qeyd edib ki, alıcılar da diqqətli davranmalı, yalnız rəsmi satış məntəqələrindən alkoqollu içkilər almalı və şübhəli məhsul gördükdə dərhal aidiyyəti qurumlara məlumat verməlidirlər.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
15 JUNE 2026
Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 All News