Sahibkarlara daha çox xidmət göstərən 5 dövlət qurumu açıqlandı

Sahibkarlara daha çox xidmət göstərən 5 dövlət qurumu açıqlandı
21.07.2025 15:30 Sosial

Bu ilin yanvar-iyun aylarında “Bakı KOB evi”ndə sahibkarlara daha çox Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (124 192), Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (13 144), İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (3 222), Dövlət Gömrük Komitəsi (2 428) və Fövqəladə Hallar Nazirliyi (755) tərəfindən dövlət-biznes (G2B) xidmətləri göstərilib.

Bu barədə TodayPress TV-yə İqtisadiyyat Nazirlyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.

Bildirilib ki, ümumilikdə hesabat dövründə bu beş qurum tərəfindən sahibkarlara 144 minə yaxın xidmət təqdim edilib.

Sahibkarlar tərəfindən adıçəkilən qurumlara yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, taxoqraf kartları, mənşə sertifikatı, vergi və gömrük məsələləri, müxtəlif icazə sənədlərinin verilməsi ilə bağlı müraciətlər olunub.

Qeyd edək ki, 2025-ci ilin I yarısında “Bakı KOB evi”ndə sahibkarlıq subyektlərinə 168 472 xidmət göstərilib ki, onlardan 145 501-i G2B, 22 971-i isə B2B xidmətlərdir. Hazırda Bakı, Xaçmaz və Yevlax şəhərlərində olmaqla üç KOB evi fəaliyyət göstərir. KOB evlərində sahibkarlara 50-yə yaxın dövlət və özəl qurum tərəfindən sahibkarlıq fəaliyyəti üçün zəruri olan 400-dən çox G2B və B2B xidmətlər göstərilir. KOB evləri KOBİA-nın strukturuna daxildir.

FOTOLAR

Sahibkarlara daha çox xidmət göstərən 5 dövlət qurumu açıqlandı — 1
XƏBƏR LENTİ
31 IYUL 2026
“Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Bütün Xəbərlər