Real SOYĞUNÇULUQ: Sələmdən də betər KREDİTLƏR

Real SOYĞUNÇULUQ: Sələmdən də betər KREDİTLƏR
04.02.2026 18:45 Sosial

Rəqəmsal maliyyə xidmətlərinin sürətlə yayılması vətəndaşların gündəlik həyatını asanlaşdırır.

Bu rahatlığın hansı hüquqi və etik sərhədlər daxilində təmin edildiyi isə getdikcə daha çox müzakirə mövzusuna çevrilir.

Xüsusilə onlayn kredit platformalarının istifadəçi məlumatlarına müdaxilə formaları cəmiyyətdə ciddi narahatlıq doğurur.  

Bəs bu, nə dərəcədə hüquqidir?

Mövzu ilə bağlı TodayPress TV-yə danışan hüquqşünas Rüstəm Əzimzadə bildirib ki, onlayn kredit platformalarının vətəndaşların mobil cihazlarındakı kontakt siyahılarına çıxış əldə etməsi fərdi məlumatlar haqqında qanunvericiliyə tamamilə ziddir.


Qanunvericiliyə əsasən fərdi məlumatların toplanması konkret və qanuni məqsədlərlə məhdudlaşmalı, həmçinin işlənilən məlumatların həcmi elan olunmuş məqsədlərlə mütənasib olmalıdır:

"Kredit təşkilatının müştərinin ödəniş qabiliyyətini yoxlama bəhanəsilə onun telefon kitabçasındakı üçüncü şəxslərin məlumatlarını ələ keçirməsi bu mütənasiblik prinsipini kobud şəkildə pozur. Buradakı ən mühüm hüquqi problem ondan ibarətdir ki, telefon kitabçasında yer alan şəxslər öz məlumatlarının həmin təşkilat tərəfindən işlənməsinə heç bir razılıq vermirlər və bu hal şəxsi həyat toxunulmazlığına birbaşa müdaxilə hesab olunur".

Hüquqşünas əlavə edib ki, tətbiqdən istifadəni yalnız kontakt siyahısına icazə verildiyi təqdirdə mümkün etmək istifadəçi iradəsinin sərbəst ifadəsi prinsipini şübhə altına qoyur və belə məcburi razılıqlar hüquqi baxımdan qüsurlu sayılır:

"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və informasiya təhlükəsizliyi haqqında qanunvericilik bu cür qanunsuz məlumat toplama hallarına görə ciddi sanksiyalar nəzərdə tutur. Vətəndaşlar dərk etməlidir ki, onların rəqəmsal məkanı toxunulmazdır və fərdi məlumatların yalnız təyinatı üzrə istifadə edilməməsi faktı aşkar olunduqda, müvafiq icra hakimiyyəti orqanları tərəfindən hüquqi tədbirlər görülə bilər", - deyə Rüstəm Əzimzadə fikrini tamamlayıb.

Sosioloq Elçin Bayramlı isə TodayPress TV-yə bildirib ki, kredit və digər maliyyə sistemləri insanların maddi ehtiyaclarından istifadə edərək onlara kredit vermək üçün çox sayda şəxsi və fərdi məlumatlarını toplayırlar.


Onun sözlərinə görə, xüsusilə onlayn kredit sistemləri yüksək faizlərlə fəaliyyət göstərir və bəzən illik dərəcəsi 30-40%-i keçərək, bank faizlərindən dəfələrlə çox olur:  

"Bu, bank faizlərindən iki dəfə çoxdur və real mənada soyğunçuluq səviyyəsindədir, hətta sələmdən də betərdir. Bu isə insanları ağır maliyyə vəziyyətinə salır.

İkincisi, bu kimi sistemlər və şirkətlər naməlum mənbələrdən idarə olunur və vətəndaşların özəl məlumatlarını toplayaraq xüsusi məqsədlər üçün istifadə edə bilərlər. Bu həm fərdi, həm də ictimai təhlükəsizlik üçün ciddi təhdiddir. Müxtəlif xarici mərkəzlər bu məlumatlara çıxış əldə edə bilər və vətəndaşlara qarşı şantaj və ya digər təzyiq üsullarından istifadə oluna bilər".

Sosioloq əlavə edib ki, bu sistemlər və şirkətlər tez-tez naməlum mənbələrdən idarə olunur və vətəndaşların şəxsi məlumatları müxtəlif məqsədlərlə toplanır:

"Vətəndaşların sağlamlıq vəziyyəti, maliyyə vəziyyəti, qohumluq əlaqələri, zövqləri və digər şəxsi xüsusiyyətləri rahatlıqla toplanır. Sosial şəbəkələrdə keçirilən sorğular və oyunlar da bu məlumatların genişlənməsinə xidmət edir. Beləcə, vətəndaşların bütün həyatı qlobal məlumat banklarında əks olunur. Dövlət kənarında heç bir şirkət və ya fərdi şəxs vətəndaşların məlumatlarına çıxış əldə etməməlidir. Şirkətlər yalnız ad, soyad, yaşayış yeri, təhsil və iş təcrübəsi kimi ümumi məlumatları tələb edə bilər. Qalan hər şey qanunla qorunmalıdır. Bu çox ciddi bir problemdir. Təəssüf ki, kütlənin 99%-i bunun fərqində deyil, çünki savadsız və məlumatlı deyillər. Belə savadsız kütlələrin olduğu ölkələrdə məlumatlar rahatlıqla toplanır və vaxtı gələndə öz məqsədləri üçün istifadə olunur. İnsanlar isə "heç nə olmaz" deyərək məlumatlarını verir, lakin yaxın gələcəkdə bunun nəticələrini görəcəklər".

Ekspert, həmçinin işə qəbul və digər əməliyyatlarda vətəndaşların məlumatlarının qorunmasına diqqət çəkib:

"İşəgötürən yalnız şəxsi və ümumi keyfiyyətləri, yaşını, yaşayış yerini, təhsilini və iş təcrübəsini bilməlidir. Əlavə məlumatlara çıxış hüququ olmamalıdır. Dövlət kiber təhlükəsizlik qanunu qəbul etməli və vətəndaş məlumatlarının dövlət kənarında toplanmasını cinayət hesab etməlidir".   

Elçin Bayramlı sonda əhalini məlumatlı olmağa çağıraraq qeyd edib ki, vətəndaşlar şəxsi məlumatlarını diqqətlə verməli və təhlükəsizliyini təmin etməlidirlər. Əks halda, yaxın gələcəkdə bu problem cəmiyyət üçün ciddi fəsadlar yaradacaq.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 All News