Pakistanda “ASAN xidmət” konsepsiyası tətbiq ediləcək

Pakistanda “ASAN xidmət” konsepsiyası tətbiq ediləcək
11.09.2025 12:08 Sosial

8-10 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikası Hökumətinin dəvəti əsasında İslamabad şəhərində səfərdə olub.

TodayPress TV xəbər verir ki, səfər çərçivəsində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərək “ASAN xidmət” mərkəzinin yaradılması ilə bağlı Pakistan Hökumətinin iclasını keçirib.

İclas zamanı Pakistanda yaradılacaq “ASAN xidmət” konsepsiyasının təqdimatı baş tutub.

Pakistan İslam Respublikasının Baş naziri Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” mərkəzinin onda yüksək təəssürat yaratdığını bildirirək, analoji konsepsiyanın Pakistanda dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsində inqilabi addım olacağını bildirib. Baş nazir “ASAN xidmət” təşəbbüsünün Pakistan Hökumətinin “nağdsız iqtisadiyyat” siyasətini də inkişaf etdirəcəyini və paytaxt İslamabaddan sonra digər şəhər və vilayətlərdə tətbiq olunacağını diqqətə çatdırıb.

Pakistanda “ASAN xidmət” mərkəzinin yaradılması prosesində göstəriləcək dəstəyə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını bildirən Baş nazir müvafiq layihənin iki ölkə arasında iqtisadi əməkdaşlığı daha da gücləndirəcəyini bildirib.

Görüşdən sonra Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Pakistan İslam Respublikasında “ASAN xidmət” təcrübəsinin tətbiqi istiqamətində əməkdaşlığa dair Saziş” imzalanıb. 

Sazişin icrası çərçivəsində qısa müddətdə “ASAN xidmət” mərkəzinin Pakistanda fəaliyyətə başlaması nəzərdə tutulur.

Səfər proqramı çərçivəsində Dövlət Agentliyinin sədri ilə Pakistan İslam Respublikasının informasiya texnologiyaları və telekommunikasiya naziri arasında görüş baş tutub. Həmçinin “ASAN xidmət” mərkəzinin fəaliyyət göstərməsi nəzərdə tutulan bina infrastrukturlarına baxış keçirilib.

Pakistana səfər zamanı Dövlət Agentliyinin sədri Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı Səfirliyini ziyarət edib və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub.

Səfər zamanı baş tutan tədbir və görüşlərdə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadov da iştirak edib.

TodayPress TV

FOTOLAR

Pakistanda “ASAN xidmət” konsepsiyası tətbiq ediləcək — 1
Pakistanda “ASAN xidmət” konsepsiyası tətbiq ediləcək — 2
Pakistanda “ASAN xidmət” konsepsiyası tətbiq ediləcək — 3
Pakistanda “ASAN xidmət” konsepsiyası tətbiq ediləcək — 4
Pakistanda “ASAN xidmət” konsepsiyası tətbiq ediləcək — 5
Pakistanda “ASAN xidmət” konsepsiyası tətbiq ediləcək — 6
XƏBƏR LENTİ
01 AVQUST 2026
Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Dünya çempionatı: İbrahim Həsənov yarımfinala vəsiqə qazandı - YENİLƏNDİ 15:10 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Bütün Xəbərlər