Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək

Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
22.01.2026 12:30 Sosial

Azərbaycanda vətəndaşlar özəl tibb müəssisələrində də onkoloji yardım ala biləcək.

TodayPress TV xəbər verir ki, bu, Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Onkoloji yardım haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Hazırda “Onkoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən onkoloji xidmət yalnız onkoloji xidmət göstərilməsi üçün ixtisaslaşmış dövlət müəssisələri tərəfindən həyata keçirilir. Bu xüsusda, Azərbaycan Respublikasının vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Həmçinin, dövlət tərəfindən onkoloji xəstələrin dispanserizasiyası, müayinə, müalicə və reabilitasiyasını həyata keçirən ixtisaslaşdırılmış dövlət tibb müəssisələrinin, onkoloji xidmət strukturlarının yaradılması və onların maddi-texniki bazasının gücləndirilməsinə təminat verilir.

Onkoloji xəstələrə müalicə-diaqnostika yardımı fərdi müraciət və ya müalicə-profilaktika müəssisəsinin göndərişi əsasında ixtisaslaşdırılmış onkoloji müəssisələrdə göstərilir. Onkoloji xəstələrin dövlət tibb müəssisələrində müayinəsi və müalicəsi üzrə tədbirlər dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilir.

“Əhalinin sağlamlığının qorunması haqqında” qanunun 24-cü maddəsi pasiyentin öz razılığı ilə həkimi, o cümlədən müalicə həkimini və müalicə-profilaktika müəssisəsini seçmək hüququnu təsbit edir. Yəni pasiyent öz iradəsi ilə dövlət və ya özəl tibb müəssisəsində müalicə almaq hüququna malikdir. Lakin, “Onkoloji yardım haqqında” qanuna əsasən vətəndaşlar yalnız ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində xidmət ala bilərlər.

Qeyd edilənlərə əsasən hər hansı özəl tibb müəssisəsi bu fəaliyyətlə məşğul olarsa, lisenziyadan kənar fəaliyyət hesab olunur və məsuliyyətə cəlb edilir. Hazırda ölkədə onkoloji yardım alan xəstələrin çoxluğu, təminatın sırf dövlət büdcəsi hesabına həyata keçirilməsi vətəndaşların ölkə xaricinə üz tutmasına səbəb olur. Halbuki, ölkə ərazisində onkoloji yardım xidməti ilə məşğul ola biləcək müasir avadanlıqlarla təchiz edilmiş və ixtisaslı həkimlərin fəaliyyət göstərdiyi özəl tibb müəssisələri mövcuddur.

Bu səbəbdən, sözügedən problemin aradan qaldırılması məqsədilə “Lisenziyalar və icazələr haqqında” qanunun tələblərinə əsasən özəl tibb müəssisələri tərəfindən onkoloji yardımın həyata keçirilməsi təklif edilir.

Bu isə vətəndaşların öz iradəsinə əsasən istənilən tibb müəsisəsində tibbi xidmət almasına səbəb olmaqla Azərbaycan Respublikasının vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin öz mülahizələrinə əsasən müstəqil surətdə öz müalicə həkimlərini seçmək və müvafiq tibb müəssisəsində müalicə almaq hüququnu təmin edəcək.

TodayPress TV

NEWS FEED
31 JULY 2026
İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 All News