Nazirlik əməkdaşlarına vəsiqə və medallar təqdim olundu

Nazirlik əməkdaşlarına vəsiqə və medallar təqdim olundu
23.07.2025 11:30 Sosial

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 10 əməkdaşına vəsiqə və medallar təqdim olunub.

TodayPress TV xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev təltif edilmiş nazirlik əməkdaşları adından göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.

O bildirib ki, dövlətimizin başçısının tapşırıqları əsasında əmək, məşğulluq, sosial müdafiə sahələrində ardıcıl sosial islahatlar aparılır. Həmin islahatlar prosesində dövlət qulluğu sistemində səmərəli fəaliyyəti ilə seçilən əməkdaşlar ölkə Prezidenti tərəfindən daim yüksək dəyərləndirilir. 2018-ci ildən indiyədək dövlətimizin başçısının sərəncamları ilə nazirliyin 141 əməkdaşı dövlət təltiflərinə layiq görülüb.

Nazir təltif olunmuş əməkdaşları təbrik edərək onlara gələcək fəaliyyətlərində yeni uğurlar arzulayıb.

Tədbirdə nazirliyin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Nərmin Bayramova nazirlik sistemində dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə işə qəbul prosesi, habelə əməkdaşların xidməti fəaliyyətinin qiymətləndirilməsi sahəsində görülmüş işlərə dair məlumat verib.

Sonra vəsiqələr və medallar təqdim olunub. Təltif edilmiş əməkdaşlar dövlətimizin başçısına onlara göstərdiyi yüksək diqqət və qayğıya, etimada görə minnətdarlıqlarını ifadə edib, gələcəkdə də daim səylə çalışacaqlarını bildiriblər.

FOTOLAR

Nazirlik əməkdaşlarına vəsiqə və medallar təqdim olundu — 1
Nazirlik əməkdaşlarına vəsiqə və medallar təqdim olundu — 2
Nazirlik əməkdaşlarına vəsiqə və medallar təqdim olundu — 3
Nazirlik əməkdaşlarına vəsiqə və medallar təqdim olundu — 4
Nazirlik əməkdaşlarına vəsiqə və medallar təqdim olundu — 5
Nazirlik əməkdaşlarına vəsiqə və medallar təqdim olundu — 6
Nazirlik əməkdaşlarına vəsiqə və medallar təqdim olundu — 7
XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər