Leyla Əliyeva Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində oldu

Leyla Əliyeva Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində oldu
06.03.2026 12:41 Sosial

Leyla Əliyeva Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olub.

TodayPress TV xəbər verir ki, BBMM-in icraçı direktoru Rəvan Həsənov Leyla Əliyevaya Mərkəz haqqında məlumat verib.

Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə 2014-cü ildə yaradılan Mərkəz Azərbaycanın multikulturalizm modelinin öyrənilməsi, qorunması və beynəlxalq səviyyədə təbliği istiqamətində mühüm layihələr həyata keçirir, beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Hər il beynəlxalq səviyyəli konfranslar, elmi seminarlar, dəyirmi masalar və forumlar təşkil olunur. Bu tədbirlərdə müxtəlif ölkələrdən alimlər, tədqiqatçılar, ekspertlər və ictimai xadimlər iştirak edərək multikulturalizm, dinlərarası dialoq və mədəniyyətlərarası əməkdaşlıq mövzularını müzakirə edirlər.

Prezident İlham Əliyevin “Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq” təşəbbüsünə əsasən Mərkəz “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsini həyata keçirir. Bu layihə çərçivəsində dünyanın 27 aparıcı universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris olunub. Eyni zamanda, ölkənin 40-a yaxın universitetinin magistratura səviyyəsində bu fənnin tədrisi aparılır, ölkənin ali təhsil müəssisələrinin bakalavr səviyyəsində “Multikulturalizmə giriş” əsas fənn kimi tədris edilir.

Qeyd olunub ki, Mərkəz Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı kitablar, monoqrafiyalar, elmi məqalələr və metodik vəsaitlərin, tarixi xəritələrin çap olunmasına, BBMM-in təşkilatçılığı ilə keçirilən yerli və beynəlxalq konfransların materiallarının nəşrinə, həmçinin Azərbaycanda yaşayan etnik azlıqların dillərində kitabların hazırlanmasına xüsusi diqqət ayırır. Bu nəşrlər həm ölkə daxilində, həm də beynəlxalq akademik mühitdə təqdim olunur.

Sonra Mərkəzin fəaliyyətinə dair film nümayiş etdirilib. Leyla Əliyeva Mərkəzin nəşrləri ilə tanış olub.

Leyla Əliyeva Azərbaycanın multikultural dəyərlərinin qorunması və dünyada tanıdılması istiqamətində həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıb. Xüsusilə islamofobiya, antisemitizm və ksenofobiyaya həsr olunan konfransların keçirilməsini, Azərbaycanın xristianlıq irsinin dünyada tanıdılması istiqamətində görülən işləri yüksək qiymətləndirib. Mərkəzin fəaliyyətində gənclərlə işin təşkil olunmasına verilən önəmin Azərbaycan multikulturalizminin tanıdılması istiqamətində mühüm rol oynadığını bildirib. Eyni zamanda, BBMM-in müxtəlif xalqlar arasında anlaşmanın və mədəniyyətlərarası dialoqun inkişafına mühüm töhfə verdiyini qeyd edib.

Leyla Əliyeva Mərkəzin kollektivi ilə həmsöhbət olub, onlarla şəkil çəkdirib.

Qeyd edək ki, Leyla Əliyeva Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvüdür.

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 All News