İşsizlərin tibbi sığortasını kim ödəyəcək? – AÇIQLAMA

İşsizlərin tibbi sığortasını kim ödəyəcək? – AÇIQLAMA
11.12.2025 17:17 Sosial

Yeni qanun dəyişikliklərinə görə işsizlərin icbari tibbi sığorta haqqını dövlət ödəyəcək. Yalnız işçilər (işəgötürən ödəyir), sahibkarlar (özləri ödəyir) və qeyri-formal gəlir əldə edən şəxslər (özləri ödəyir) sığorta ödəyicisi sayılır. “İşsizlər özləri ödəyəcək” iddiaları yanlış şərhlərdən yaranıb. Ekspertlər xəbərdarlıq edir ki, gələcəkdə vergi orqanları bank hesablarına daxil olan vəsaitləri “qeyri-formal gəlir” kimi qiymətləndirib vətəndaşlara təzyiq edə bilər.

Sual yaranır, bu məsələ hüquq çərçivəsində necə tənzimlənir? İşsizlərin  tibbi sğorta haqqını kim ödəməlidir, yaxud ödəyəcək?


Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, işsizlərin sığorta haqqını dövlət ödəyəcək, qeyri-formal gəlir əldə edənlər isə özləri ödəməli olacaq:

"İşsizlərin – yəni heç bir gəliri olmayan şəxslərin – icbari tibbi sığorta haqqını dövlət ödəməlidir. Lakin gələn ildən etibarən qeyri-formal məşğulluqla məşğul olanlar, yəni rəsmi qeydiyyatsız və vergidən yayınaraq gəlir əldə edən şəxslər bu ödənişi özləri etməli olacaqlar. Qeyri-formal məşğulluq dedikdə hər hansı işdə rəsmi müqavilə olmadan çalışmaq və ya qeyri-rəsmi sahibkarlıq fəaliyyəti göstərmək nəzərdə tutulur. Təbii ki, bu fəaliyyət gizli olduğundan heç kim öz xoşu ilə “mən qeyri-formal işləyirəm” deməyəcək, çünki bu halda sığorta haqqı ilə yanaşı vergi öhdəlikləri də yaranacaq. Buna görə də qeyri-formal gəlirin müəyyən edilməsi dövlətin, xüsusilə vergi orqanlarının vəzifəsi olacaq".

Onun sözlərinə görə, vətəndaş hesabdakı vəsaitlərin mənbəyini  əsaslandırmağa məcbur edilə bilər:

"Vergi orqanları bunu birbaşa və dolayı sübutlarla müəyyən etməyə çalışacaq. Məsələn, bank hesabına mütəmadi olaraq vəsait daxil olursa, bu vəsaitin mənbəyi izah olunmalıdır. Həmçinin şəxs “ƏDV geri al” sistemindən istifadə edirsə, ona belə sual verilə bilər: “Gəlirin yoxdursa, bu qədər alış-verişi nə ilə edirsən?” Əlbəttə, qanunu bilən vətəndaş bunun cavabını əsaslandıra bilər: qohum və ya dost tərəfindən pul göndərilməsi, vaxtilə verilmiş borcun qaytarılması, miras qalmış vəsait və s. Bütün bunlar qanunsuz deyil, lakin vətəndaş bunu sübut etməlidir".

Hüquq müdafiəçisi sonda əlavə edib ki, bu səbəbdən gəliri olmayan şəxslər ehtiyatlı olmalıdır. Onlara şəxsi bank kartlarından istifadə etməməyi, ödənişləri nağd formada etməyi və ya rəsmi gəliri olan qohumun kartından istifadə etməyi tövsiyə etmək olar. Bu halda vergi orqanları tərəfindən əlavə problemlərin yaranma riski xeyli azalacaq. 

Jalə Rövşən

NEWS FEED
01 AUGUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 All News