İşədüzəlmə vasitəçiləri üçün elektron reyestr tətbiq olundu

İşədüzəlmə vasitəçiləri üçün elektron reyestr tətbiq olundu
13.01.2026 15:25 Sosial

İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərə dair vahid informasiya bazasının yaradılması məqsədilə "Əmək və Məşğulluq" altsistemində (ƏMAS) "İşədüzəlmədə vasitəçilik" modulu istifadəyə verilib.

TodayPress TV xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.

Qeyd edilib ki, işədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər yeni modul vasitəsilə öz fəaliyyətləri, habelə onlara iş üçün müraciət edən şəxslərin və işlə təmin etdikləri şəxslərin sayına dair məlumatları nazirliyə elektron formada təqdim edəcəklər.

Bu da həmin məlumatların operativ və sistemli təqdim edilməsinə, qeyd edilən sahədə şəffaflığın təminatına, kağız daşıyıcılar və əlavə yazışmalar olmadan elektron mühitdə hesabatlılığın həyata keçirilməsinə xidmət edir.

Hüquqi şəxslər Dövlət Məşğulluq Agentliyinin rəsmi veb-səhifəsindəki reyestrlər bölməsi (https://dma.gov.az/reyestrler/iseduzeltme-vasitecilerinin-reyestri-661 ) vasitəsilə də keçid edərək ƏMAS-ın bu xidmətindən istifadə edə bilərlər.

TodayPress TV

NEWS FEED
19 JUNE 2026
Türkiyə NATO-nun V maddəsinin işə düşməsini tələb etdi - Ankara sammiti öncəsi qlobal laylar tərpəndi 13:45 Azərbaycanda avtonom nəqliyyat vasitələri tətbiq ediləcək - TƏSDİQLƏNDİ 13:42 "Diplomatik xidmət haqqında" qanuna dəyişikliklər edildi 13:33 Putin tapşırıq verdi - Ukrayna Ordusu kütləvi şəkildə qətlə yetirilicək - Lavrov açıqladı... 13:12 Bu Avropa ölkəsi ilə diplomatik əlaqələrdə tarixi addım təsdiqləndi 13:11 Temperatur kəskin dəyişəcək - SABAHIN HAVASI 13:08 DÇ 2026: Türkiyə Paraqvaya qarşı 12:51 Zahid Oruc: "Tezisləri Yeliseydə yazıldığı şübhə doğurmayan saxta məhkəmə hökmləri..." 12:41 Prezident: Dağıstanlıların qoruyub saxladığı bu heykəl mənim babamın yadigarıdır - FOTO 12:43 Media və Yayım Şurası yaradılır 12:33 Rusiya dağılır - Xalq Putindən əl çəkmir - SORĞU 12:30 Prezident Qurban Qurbanova “Dostluq” ordenini təqdim etdi 12:20 İranın ABŞ ilə Cenevrədəki görüşü təxirə salındı 12:12 NATO Ankaraya yığışır - Türkiyədən baxdıqda Rusiyanın alovları görünür 12:09 Qafqaz qarışır - İran Ermənistanda Amerikaya hücum edəcək - Paşinyan müharibə anonsu verdi 12:00 Ukrayna Rusiyaya yenidən zərbələr endirməyə başladı - VİDEO 11:51 Sənədsiz evlər üçün amnistiya elan ediləcək - RƏSMİ 11:47 Sərnişinlərin DİQQƏTİNƏ: Yeni keçid stansiyası ilə bağlı vacib məlumat 11:44 ŞAD XƏBƏR GƏLDİ: Hərbçilərin maaşı artırılacaq 11:36 Sərinləmək istəyi faciə ilə bitdi: Fövqəladə Hallar tükürpədən statistika açıqladı 11:38 Pensiyaçılara şad xəbər: təqaüdlərin artmasına səbəb yarandı, gözlər hökümətdə 10:10 Rusiya islamın müdafiəsinə qalxdı - Onlara qarşı fobiyası olanları hədələdi 11:15 Milli Məclisin iclası başladı - Gündəmdə hansı mövzular var? 11:09 Ərdoğan bir addımı ilə Rusiya və NATO-nu asılı vəziyyətə saldı 11:04 DİQQƏT! Rezidenturaya qəbulun tarixi açıqlandı 10:50 All News