İş var, işçi yoxdur: Problem niyə həllini tapmır?

İş var, işçi yoxdur: Problem niyə həllini tapmır?
06.02.2026 15:48 Sosial

Dövlət Məşğulluq Agentliyinin (DMA) İdarə Heyətinin sədri Hasil Abbasov ölkədə hazırda 60 min aktiv vakansiyanın mövcud olduğunu açıqlasa da, məzunlar arasında işsizlikdən şikayətlər hələ də qalır. 

Sosioloq Hüseyn İbrahimov TodayPress TV-yə açıqlamasında bu ziddiyyətin səbəblərinə aydınlıq gətirib.


Onun sözlərinə görə, həm Azərbaycanda, həm də dünyada yeni və müasir sahələrə tələbat sürətlə artır:

"Xüsusilə təhsil, kənd təsərrüfatı, sosial xidmətlər, texnologiya və xidmət sektorlarında yeni iş yerləri açılır. Lakin bu vakansiyalar əksər hallarda müvafiq ixtisas, texnoloji bilik və bacarıqlara malik kadrlar tələb edir. Dövlət Məşğulluq Agentliyi tərəfindən mütəmadi olaraq müxtəlif vakansiyalar elan olunur və həm paytaxtda, həm də regionlarda müəyyən sayda vətəndaş işlə təmin edilir. Xüsusilə yeni yaradılan məşğulluq mərkəzləri, müasir texnologiyalara əsaslanan iaşə və xidmət obyektləri, eləcə də müxtəlif idarələrdə açılan iş yerləri yeni bilik və çevik bacarıqlara malik gənclərə ehtiyacı ön plana çıxarır".

Ekspertin fikrincə, məzunların işsizlikdən şikayət etməsinin əsas səbəblərindən biri gözləntilərlə real imkanlar arasındakı uyğunsuzluqdur. Belə ki, bir çox gənclər əmək fəaliyyətinə başlayan kimi yüksək maaşlı və rahat iş yerləri axtarır:

"Halbuki karyera qurmaq üçün ilkin mərhələdə əsas məsələ iş təcrübəsi qazanmaq, bacarıqları inkişaf etdirmək və peşəni sevməkdir. Bu baxımdan işsizlik probleminin subyektiv tərəfləri də mövcuddur.

Digər mühüm məqam isə gənclərin sərbəst iş qrafikinə üstünlük verməsidir. Sosioloq qeyd edib ki, bir çox məzunlar klassik iş rejimi olan dövlət və ya qeyri-dövlət qurumlarında işləməkdənsə, sərbəst qrafikli işlərə, evdən çalışmağa və ya öz biznesini qurmağa daha çox meyl göstərirlər. Aparılan sosioloji araşdırmalar da göstərir ki, işsizlikdən şikayət edən gənclərin bir qismi konkret iş seçimi zamanı məhz bu variantlara üstünlük verir".

Sosioloq vurğulayıb ki, texnologiyanın sürətli inkişafı yeni iş yerlərində tələbləri də dəyişir:

"Bir çox hallarda məzunlar bu tələblərə cavab vermədikləri üçün vakansiyalarla uyğunlaşa bilmirlər. Düzdür, ali təhsil müəssisələrində karyera mərkəzləri və təcrübə proqramları mövcuddur, lakin gənclərin bir qismi sonradan bu imkanlardan tam istifadə etmir, xaricdə təhsil almağa və ya fəaliyyətlərini başqa sahələrdə qurmağa üstünlük verir. Problemin kökündə erkən peşə və karyera istiqamətləndirilməsinin zəifliyi dayanır".

Hüseyn İbrahimov qeyd edib ki, Almaniya təhsil modelində olduğu kimi, şagirdlərin bacarıq və meyilləri erkən yaşlardan müəyyən edilməli, bu proses orta məktəbin yuxarı siniflərində daha da konkretləşdirilməlidir.

Onun fikrincə, ibtidai siniflərdən başlayaraq uşaqların potensialı üzə çıxarılmalı, doqquzuncu sinfə qədər onların hansı sahəyə daha uyğun olduqları formalaşmalıdır.

Türkan İsgəndərli

NEWS FEED
15 JUNE 2026
İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 All News