İndoneziya və Azərbaycan arasında dövlət xidmətləri üzrə Simpozium keçirildi

İndoneziya və Azərbaycan arasında dövlət xidmətləri üzrə Simpozium keçirildi
22.12.2025 10:01 Sosial

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və İndoneziya Respublikasının İnzibati və Bürokratik İslahatlar Nazirliyinin birgə təşkilatçılığı ilə İndoneziya və Azərbaycan arasında dövlət xidmətləri üzrə simpozium keçirilib.

TodayPress TV xəbər verir ki, onlayn formatda baş tutan simpozium 24 iyul 2017-ci il tarixində  imzalanmış Anlaşma Memorandumu və onun davamı olaraq 1 iyul 2024-cü il tarixində Cakarta şəhərində imzalanmış Fəaliyyət Planı çərçivəsində təşkil olunub.

Belə ki, hazırda İndoneziya Respublikasında “ASAN xidmət” təcrübəsi əsasında yaradılmış 300-dən çox Dövlət Xidmət Mərkəzi fəaliyyət göstərir.

Əsas məqsəd dövlət xidmətlərinin göstərilməsində innovativ yanaşmaların və idarəetmə mexanizmlərinin tətbiqi sahəsində bilik və təcrübə mübadiləsinin aparılması olub

Açılış sessiyasında Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və İndoneziyanın  inzibati və bürokratik islahatlar naziri Rini Vidyantini çıxış ediblər. Onlar dövlət xidmətlərinin daha səmərəli, şəffaf və vətəndaş mərkəzli şəkildə təşkilini, eləcə də iki ölkə arasında bu sahədə əməkdaşlığın genişləndirilməsi məsələlərini vurğulayıblar. 

İndoneziyalı nazir  “ASAN xidmət”in dövlət xidmətlərinin göstərilməsində vətəndaşların etimadını qazanması ilə yanaşı,  bu sahə üzrə beynəlxalq tərəfdaşlarını da ruhlandırdığını qeyd edib. 

Simpozium çərçivəsində Dövlət Agentliyinin və İndoneziyanın Bürokratik İslahatlar Nazirliyinin müvafiq şöbələri tərəfindən aidiyyəti sahələr üzrə geniş təqdimatlar edilib, suallar cavablandırılıb.

Sonda tərəflər əməkdaşlığın gələcək mərhələlərinə dair fikir mübadiləsi əsasında qarşılıqlı maraq doğuran sahələrdə birgə fəaliyyətlərin davam etdirilməsinin vacibliyini  vurğulayıblar. 

Tədbir hər iki ölkədən ümumilikdə 300-ə yaxın iştirakçını əhatə edib.

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 All News