Efiopiyada "ASAN xidmət" mərkəzi açıldı

Efiopiyada  "ASAN xidmət" mərkəzi açıldı
21.06.2025 09:54 Sosial

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Efiopiyanın dəvəti ilə bu ölkəyə səfər edib.

TodayPress TV xəbər verir ki, bu barədə “ASAN xidmət” məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində “ASAN xidmət” modeli əsasında yaradılmış “MESOB” dövlət xidməti mərkəzininin rəsmi təqdimatı baş tutub. Nümayəndə heyətini Efiopiyanın Dövlət Xidməti Komissiyasının rəhbəri və Baş nazir Ofisinin Dövlət naziri müşayiət ediblər. Eyni zamanda rəsmi təqdimatda Azərbaycanın Efiopiyadakı fövqəladə və səlahiyyətli səfiri Ruslan Nəsibov da iştirak edib.

Ziyarət zamanı Azərbaycan nümayəndə heyəti üçün təqdimat keçirilib. Əddis-Əbəbə şəhərində yerləşən və 8 mərtəbədən ibarət olan “MESOB” mərkəzində pilot mərhələdə 20-yə yaxın dövlət qurumu və bir sıra özəl təşkilatlar tərəfindən ümumilikdə 120-dən çox xidmət təqdim olunur. Mərkəzin infrastrukturuna xidmət masaları, məlumat məntəqələri, gözləmə otaqları, özünəxidmət nöqtələri, çağrı mərkəzi və uşaq guşəsi daxildir.

Efiopiya tərəfi dəstəyə görə Azərbaycan dövlətinə dərin təşəkkürünü bildirib və il sonuna qədər bu kimi mərkəzlərin sayının artırılmasının planlaşdırıldığını qeyd edib.

“ASAN xidmət” təcrübəsinin Efiopiyada tətbiqi ilə bağlı 2024-cü ilin may ayında Dövlət Agentliyi ilə Efiopiyanın müvafiq qurumu arasında Anlaşma Memorandumu imzalanıb.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində 2024-cü ilin 14 noyabr tarixində Azərbaycan Prezidenti İlham Əliyev ilə Efiopiya Prezidenti Taye Atske Sellasie arasında keçirilmiş görüş zamanı qarşı tərəf “ASAN xidmət” təcrübəsinin Efiopiyada tətbiqində maraqlı olduqlarını ifadə edib və bununla bağlı Azərbaycan tərəfinin dəstəyini xahiş edib.

Ötən dövr ərzində Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən Efiopiyadan olan dövlət qulluqçuları üçün təlimlər keçirilib, “ASAN xidmət” təcrübəsinin Efiopiyada tətbiqi ilə bağlı hüquqi və digər zəruri sənədlər hazırlanıb, xidmətlərin vahid standartı müəyyən edilib, “ASAN xidmət” mərkəzlərində istifadə olunan texnoloji həllər əsasında tövsiyə sənədləri formalaşdırılıb.

Əddis-Əbəbə şəhərində fəaliyyət göstərəcək xidmət mərkəzinin binası seçilib və “ASAN xidmət” mərkəzlərinin konsepsiyası əsasında yenidən dizayn edilib. Xidmətlərin optimallaşdırılması və biznes proseslərin sadələşdirilməsi istiqamətində Efiopiyanın "MESOB" dövlət xidməti mərkəzində təmsil olunan aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq həyata keçirilib.

FOTOLAR

Efiopiyada  "ASAN xidmət" mərkəzi açıldı — 1
Efiopiyada  "ASAN xidmət" mərkəzi açıldı — 2
Efiopiyada  "ASAN xidmət" mərkəzi açıldı — 3
Efiopiyada  "ASAN xidmət" mərkəzi açıldı — 4
Efiopiyada  "ASAN xidmət" mərkəzi açıldı — 5
Efiopiyada  "ASAN xidmət" mərkəzi açıldı — 6
Efiopiyada  "ASAN xidmət" mərkəzi açıldı — 7
Efiopiyada  "ASAN xidmət" mərkəzi açıldı — 8
XƏBƏR LENTİ
15 IYUN 2026
Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Bütün Xəbərlər