DSMF-nin 2025 hesabatı: Sosial ödənişlər necə dəyişdi?

DSMF-nin 2025 hesabatı: Sosial ödənişlər necə dəyişdi?
15.01.2026 12:05 Sosial

“2025-ci ildən etibarən pensiya, sosial müavinət və təqaüdlər üzrə əsas artımlar tətbiq olunub”.

TodayPress TV xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Zəka Mirzəyev fondun 2025-ci ilin yekunları və 2026-cı ilin hədəflərinə dair mətbuat konfransında deyib. 

O bildirib ki, minimum aylıq əməkhaqqı 1 yanvar 2025-ci ildən 16 faiz artırılaraq 400 manata, minimum pensiya isə 1 fevral 2025-ci ildən 14,3 faiz artırılaraq 320 manata çatdırılıb. Əmək pensiyalarının illik indeksləşdirilməsi 8,1 faiz təşkil edib və bu məqsədlə əlavə 520 milyon manat vəsait ayrılıb.

Sədrin sözlərinə görə, 1 iyuldan sosial müavinət və təqaüdlərdə artım orta hesabla 12 faiz təşkil edib, əlilliyə görə müavinətlər 150–300 manat aralığında müəyyənləşdirilib. Beş və daha çox uşağı olan analara hər uşağa görə ödənilən müavinət 33,3 faiz artırılaraq 140 manata, bir yaşadək uşağı olan aztəminatlı ailələr üçün müavinət isə 40 faiz artırılıb. Himayədar ailələrdə olan əlilliyi olan uşaqlara görə ödənişlər 6 yaşadək uşaqlar üzrə 27 faiz, 13 yaşadək uşaqlar üzrə 45 faiz, 18 yaşadək uşaqlar üzrə isə 49 faiz yüksəlib.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 All News