Boşanmaların qarşısını almaq üçün yeni təklif: "2-3 aylıq..."

Boşanmaların qarşısını almaq üçün yeni təklif: "2-3 aylıq..."
18.11.2025 19:37 Sosial

"Son illər boşanma dinamikasının sürətlənməsi müxtəlif sosial, psixoloji və mədəni amillərlə bağlıdır".

Bunu TodayPress TV-yə açıqlamasında sosioloq Hüseyn İbrahimov deyib.


Onun sözlərinə görə, boşanmaların çoxalması yalnız sosial problemlərlə bağlı deyil, həmçinin psixoloji çətinliklər, gender münasibətlərindəki dəyişikliklər, həyat tərzinin transformasiyası və müasir dövrün yaratdığı yeni ailə modelinin təsiri də mühüm rol oynayır:

"Bütün dünyada boşanma dinamikası var, xüsusən də postsovet ölkələrində. Bugünkü boşanmaların əsas səbəblərindən biri cütlüklərin bir-birlərini tam tanımadan ailə qurmasıdır. Ailə quran şəxslər bir-birlərinin xarakterini, dünyagörüşünü, münasibətlərini tam mənimsəmədən ailə qururlar. Bir insanı tanımaq bir şeydir, onun xarakterini yaşayaraq qəbul etmək isə tamam başqa məsələdir. Bu uyğunsuzluqlar sonradan problemlərə səbəb olur".

Sosioloq bildirib ki, tərəflər bəzən bir-birlərinin hansı xüsusiyyətləri qəbul edib-etməyəcəklərini əvvəlcədən görə bilmirlər:

"Qadın tərəfi kişidə olan bəzi xüsusiyyətləri, kişi isə qadında olan bəzi xüsusiyyətləri tam görə bilmir. Sevgi çox vaxt öyrəşməkdən ibarətdir. Xarakterə, dünyagörüşünə, dəyərlərə, həyat tərzinə uyğunlaşmaq prosesidir. Bu bir günün işi deyil".

Ekspert ailə qurma prosesində yeni yanaşmanın tətbiq edilməsinin faydalı ola biləcəyini də vurğulayıb:

"Necə ki, boşanma zamanı bir ay düşünmək üçün vaxt verilir, eləcə də nikah bağlanması zamanı cütlüklərə müəyyən rəsmi "öyrəşmə müddəti"nin verilməsi yaxşı olardı. Bu bir ay yox, üç ay da ola bilər. Ola bilər ki, cütlük bir il bir-birini tanıyıb, amma rəsmi olaraq 2-3 aylıq öyrəşmə müddəti ailənin sağlam qurulmasına müsbət təsir göstərər".

Hüseyn İbrahimov qeyd edib ki, ailə münasibətlərində modernləşmə prosesi gedir və bu da yeni yanaşmaların tələb olunduğunu göstərir.

O əlavə edib ki, belə preventiv addımlar gələcəkdə boşanma hallarının qarşısının alınmasına kömək edə bilər.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
31 JULY 2026
Dünya futbolunda gərginlik: FIFA-dan mühüm bəyanat 08:42 Azərbaycan Prezidenti: Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir 08:28 Prezident İlham Əliyev: "Manas" adını daşıyan məktəb qardaşlığımızın növbəti rəmzidir 08:27 Azərbaycan Prezidenti: Qırğızıstanın uğurlarına dostlarınız və qardaşlarınız olaraq hər zaman sevinirik 08:24 Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilir 08:23 Sadır Japarov: Qırğızıstan və Azərbaycanı ortaq tarixi köklər və mənəvi yaxınlıq birləşdirir 08:30 Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib 07:57 Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub 07:54 Əhaliyə XƏBƏRDARLIQ! Bakının bu əraziləri qazsız qalacaq 23:43 Ürəyinizi qorumaq istəyirsiniz? Günə bu səhər yeməyi ilə başlayın 01:35 Övladınıza ad qoymazdan əvvəl oxuyun - Bu 4 hərf uğur gətirirmiş 01:04 Müasir itlərin əcdadı ortaya çıxdı 00:57 İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 All News