Azıx mağarasında təhlil üçün 300-dən çox nümunə götürüldü

Azıx mağarasında təhlil üçün 300-dən çox nümunə götürüldü
11.12.2025 16:25 Sosial

"Azıx mağarasında təhlil üçün 300-dən çox nümunə götürülüb".

TodayPress TV xəbər verir ki, bu barədə Arxeologiya və Antropologiya İnstitutunun yekun hesabat iclasında qeyd olunub.

“2025-ci ildə Azad Zeynalovun rəhbərlik etdiyi beynəlxalq Paleolit arxeoloji ekspedisiyası Qarabağın Xocavənd rayonunda yerləşən Azıx mağarasında tədqiqat aparıb. Tədqiqatlar Orhus Universiteti ilə 2023-cü ildə imzalanmış müqavilə əsasında həyata keçirilib. Bu il aparılan tədqiqatların əsas məqsədi mağarada təxminən 15 metrlik çöküntülərin stratigrafiyasını dəqiqləşdirmək, bütün təbəqələrdən müxtəlif üsullarla nümunələr götürmək və çöküntülərin təhlili üçün biomarkerlər götürmək olub”, - iclasda qeyd edilib.

Bildirilib ki, Tağlar mağarasında da tədqiqat aparılıb: “Azad Zeynalovun rəhbərlik etdiyi beynəlxalq ekspedisiya Tağlar mağarasında Tokio Universiteti ilə 2023-cü ildə imzalanmış müqavilə əsasında tədqiqat aparılıb. Bu ilki tədqiqatın əsas nəticəsi 1968-ci ildən sonra ilk dəfə paleoantropoloji qalığın tapılması hesab oluna bilər. Ehtimal olunur ki, bu, yaşı təxminən 80 min il olan neandertal insana aid qalıqdır və hazırda tapıntı Yaponiyada təhlil olunur. Həmçinin, ilk dəfə olaraq stratigrafiya baxımından II və III təbəqələri ayıran sərhəd dəqiqliklə müəyyən edilib, mağaranın ağız hissəsində qazılmamış, orta paleolit dövrünə aid daha qədim təbəqələr aşkar edilib, radiokarbon və OSL analizləri üçün 20-dən artıq nümunə götürülüb”.

Hesabat iclasında qeyd olunub ki, 2025-ci ilin avqust ayında Azıx mağarasında Azərbaycan- Almaniya beynəlxalq akademik araşdırma heyəti də tədqiqat aparıb: “Cari ildə Azıx 2 girişi ilə yanaşı əsas giriş olan Azıx 1-də II və V təbəqələrdə qazıntılar aparılıb, həm Azıx 2, həm də Azıx 1-dən arxeometrik və mikroskopik analizlər üçün nümunələr götürülüb. Stratiqrafik-xronoloji tədqiqatlar üçün sediment və çöküntü qatlarından OSL analizləri, paleo-ekosistem araşdırmaları üçün isə geomorfoloji, mikromorfoloji analizlər məqsədilə nümunələr götürülüb, Almaniya, Norveç və Danimarkaya göndərilib”.

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 All News