“ASAN xidmət” İkinci Ərəb İdarəetmə Forumunda təqdim olundu

“ASAN xidmət” İkinci Ərəb İdarəetmə Forumunda təqdim olundu
03.11.2025 14:46 Sosial

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilmiş İkinci Ərəb İdarəetmə Forumunda iştirak edib. 

TodayPress TV xəbər verir ki, tədbir Birləşmiş Millətlər Təşkilatının (BMT) Qərbi Asiya üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCWA) və BƏƏ Hökumətinin təşkilatçılığı ilə baş tutub.

Forumda BƏƏ, Səudiyyə Ərəbistanı Krallığı, Mərakeş, Tunis, İordaniya, Oman, Bəhreyn, Cibuti, Somali, Livan kimi ölkələrin müvafiq sahə üzrə fəaliyyət göstərən dövlət qurumlarının nümayəndələri, eləcə də beynəlxalq təşkilatların və akademik qurumların təmsilçiləri iştirak ediblər.

Məqsəd dövlət idarəçiliyində yeni strategiyaların müəyyənləşdirilməsi üçün müzakirələrin aparılması, innovasiyanın təşviqi məqsədilə hökumətlər, özəl sektor və akademik dairələr arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və dövlət xidmətlərinin göstərilməsi sahəsində ən yaxşı təcrübələrin bölüşülməsi olub.

Dövlət Agentliyinin nümayəndəsinin təqdimatı zamanı Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və dövlət xidmətlərində tətbiq olunan innovativ həllər barədə məlumat verilib. Bu model vasitəsilə dövlət xidmətlərinin göstərilməsində tətbiq edilən innovativ və şəffaf yanaşmalar, eləcə də modelin tətbiqinin vətəndaş məmnunluğuna təsiri diqqətə çatdırılıb. 

Həmçinin hazırda Azərbaycanın intellektual brendinin bir sıra ərəb ölkələri də daxil olmaqla 30-dan çox ölkəyə ixrac edildiyi diqqətə çatdırılıb.

Bu çərçivədə BƏƏ-nin, Mərakeşin, İordaniyanın, Somalinin, eləcə BMT-nin müxtəlif bölmələrinin nümayəndələri ilə görüşlər də keçirilib.

TodayPress TV

PHOTOS

“ASAN xidmət” İkinci Ərəb İdarəetmə Forumunda təqdim olundu — 1
“ASAN xidmət” İkinci Ərəb İdarəetmə Forumunda təqdim olundu — 2
NEWS FEED
01 AUGUST 2026
Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 All News