Tailanda ixrac olunan neftin həcmi açıqlandı

Tailanda ixrac olunan neftin həcmi açıqlandı
29.11.2025 18:30 Sənaye və energetika

Cari ilin yanvar–oktyabr aylarında Azərbaycandan Tailanda 75,9 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə olunan 137,8 min ton həcmdə xam neft və neft məhsulları ixrac olunub.

TodayPress TV bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2024-cü ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 158,3 milyon dollar və ya 67,6 faiz, həcm baxımından isə 239,1 min ton və ya 63,4 faiz azdır.

Ötən ilin ilk on ayı ərzində Azərbaycandan Tailanda 376,9 min ton neft və neft məhsulu 234,2 milyon ABŞ dolları məbləğində ixrac olunmuşdu.

Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan ümumilikdə 10,9 milyard dollardan çox dəyərdə 20,8 milyon tona yaxın xam neft və neft məhsulları ixrac olunub.

2024-cü ilin analoji dövrü ilə müqayisədə, bu göstərici dəyər ifadəsində 1,9 milyard dollar (15 faiz) azalıb, həcm baxımından isə 182,6 min ton (0,9 faiz) artıb.

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Dünya çempionatı: İbrahim Həsənov yarımfinala vəsiqə qazandı - YENİLƏNDİ 15:10 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 All News