Rövşən Nəcəf OPEC beynəlxalq seminarında iştirak etdi

Rövşən Nəcəf OPEC beynəlxalq seminarında iştirak etdi
10.07.2025 09:51 Sənaye və energetika

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Avstriyanın paytaxtı Vyanada keçirilən 9-cu OPEC beynəlxalq seminarında iştirak edib.

TodayPress TV SOCAR-a istinadən xəbər verir ki, dünyanın qabaqcıl enerji şirkətlərini bir araya gətirən və qlobal enerji gündəliyinə dair müzakirələr üçün mühüm platformaya çevrilən seminar çərçivəsində SOCAR prezidenti bir sıra tədbirlərdə iştirak edib və ikitərəfli görüşlər keçirib.

“Siyasət və tənzimləmələr: Ədalətli və real enerji gələcəyi” mövzusunda keçirilən yüksəksəviyyəli dəyirmi masada çıxış edən Rövşən Nəcəf enerji keçidinin hər bir ölkənin milli şəraitinə və iqtisadi potensialına uyğun şəkildə həyata keçirilməsinin vacibliyini qeyd edib. Bu xüsusda, müasir dövrdə Azərbaycanın enerji strategiyası, həmçinin SOCAR-ın enerji təhlükəsizliyi və davamlı inkişaf istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib.

R. Nəcəf tədbir çərçivəsində “TotalEnergies” şirkətinin baş icraçı direktoru Patrik Puyanne, “Halliburton” şirkətinin İdarə Heyətinin sədri Ceff Miller, “Crescent Petroleum” şirkətinin baş icraçı direktoru Məcid Cəfər və OQEP şirkətinin baş icraçı direktoru Əhməd Əl Əzkavi ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə enerji sektorunun müxtəlif istiqamətləri üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib, birgə həyata keçirilən layihələr üzrə fikir mübadiləsi aparılıb.

FOTOLAR

Rövşən Nəcəf OPEC beynəlxalq seminarında iştirak etdi — 1
Rövşən Nəcəf OPEC beynəlxalq seminarında iştirak etdi — 2
XƏBƏR LENTİ
01 AVQUST 2026
Miqrasiya böhranı böyüyür - İrlandiya TƏCİLİ iclas çağırdı 21:58 ABŞ-dən 50 ölkə üçün yeni viza qərarı: 20 min dollar ödəməli olacaqlar 21:44 İsrail ordusu ən yüksək hazırlıq vəziyyətinə gətirildi 21:30 İlham Əliyevdən Nəriman Həsənzadənin ölümü ilə bağlı paylaşım 21:22 İraq İordaniyaya girəcək - TƏCİLİ xəbərdarlıq edildi 21:12 Tofiq Musayev UFC-də qələbə qazandı 20:54 Bu ölkələr vətəndaşlarını dərhal İrandan çıxmağa çağırdı - TƏCİLİ 20:33 İran Yaxın Şərqi təhdid etdi - VİDEO 20:28 Bu gün bəzi ölkələrdə normal həyatın son gecəsi olacaq - İrandan XƏBƏRDARLIQ 20:23 İspaniya Avropa İttifaqı ölkələrini “eqoistlik”də günahlandırdı 19:59 SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu 19:46 Misirdəki ABŞ səfirliyi vətəndaşlarına Yaxın Şərqi dərhal tərk etməyi tapşırdı 19:34 ABŞ İsraili İran raketlərindən qoruya bilməyəcək? - Rəsmən açıqlandı 19:17 Pezeşkian: “İranın gələcəyini onlar müəyyən edəcək” 18:59 TƏCİLİ: ABŞ vətəndaşlarını Yaxın Şərqi tərk etməyə çağırdı 18:46 İsrail İranın “qorxusundan” Ukraynaya “Dəmir Günbəz” vermədi 18:36 Dünyanın ən zəngin adamları iyulda milyardlarla dollar itirdi 18:22 Avropa “qapıları bağlayır” - Miqrant məsələsi canlarına “qorxu saldı” 18:08 Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Bütün Xəbərlər