Gürcüstan Azərbaycandan təbii qaz idxalını artırdı

Gürcüstan Azərbaycandan təbii qaz idxalını artırdı
20.04.2026 22:40 Sənaye və energetika

Cari ilin yanvar-fevral aylarında Azərbaycandan Gürcüstana 68,917 milyon ABŞ dolları dəyərində 569,6 milyon kubmetr həcmində təbii qaz ixrac olunub.

TodayPress TV bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.

Ötən ilin eyni dövrü ilə müqayisədə ixracın dəyəri 3,848 milyon ABŞ dolları və ya 5,3% azalıb, fiziki həcmi isə 17,3 milyon kubmetr və ya 3,1% artıb.

Ümumilikdə, 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan 8 ölkəyə 1,285 milyard ABŞ dolları dəyərində 4,381 milyard kubmetr (qaz halında) təbii qaz ixrac olunub . Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 265 milyon ABŞ dolları və ya 17,1% azdır, fiziki həcm baxımından isə 193,7 milyon kubmetr və ya 4,6% artım qeydə alınıb.

Bununla yanaşı, cari ilin yanvar-fevral aylarında Azərbaycana təbii qaz yalnız bir ölkədən – İran İslam Respublikasından idxal olunub. İdxalın həcmi 3,131 milyon kubmetr, dəyəri isə 210,7 min ABŞ dolları təşkil edib.

TodayPress TV

NEWS FEED
31 JULY 2026
UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 All News