BP Xəzərdə iki kəşfiyyat və işlənmə blokunda pay alıb

BP Xəzərdə iki kəşfiyyat və işlənmə blokunda pay alıb
03.06.2025 11:37 Sənaye və energetika

BP bu gün Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən iki dəniz kəşfiyyat və işlənmə blokunda iştirak payları almasını başa çatdırdığını elan edib. 

TodayPress TV xəbər verir ki, sövdələşməni rəsmiləşdirən sazişlər bu gün bp və SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) arasında Bakı Enerji Həftəsi çərçivəsində imzalanıb. 

Məlumata görə, birinci blok Bakıdan 120 km şərqdə, Günəşli yatağından 20–25 km məsafədə, suyun 150–200 metr dərinliyində yerləşən Qarabağ neft yatağıdır. Yatağın işlənməsi üzrə 2018-ci ildə imzalanmış Risk Xidməti Sazişi (RXS) mövcuddur. 

İkinci blok Bakıdan 90–110 km şimal-şərqdə, suyun 80-180 metr dərinliklərində yerləşən Əşrəfi – Dan ulduzu – Aypara (ADUA) sahəsidir. Bu sahə bir sıra mövcud kəşf olunmuş və perspektiv strukturları əhatə edir. ADUA sahəsinə aid hasilatın pay bölgüsü sazişi (HPBS) də 2018-ci ildə imzalanmışdır. 

BP iki sazişin - RXS və HPBS, hər birində SOCAR-dan 35%-lik iştirak payı alıb. Hər iki sazişdə qalan 65%-lik iştirak payını SOCAR özündə saxlayacaq. bp hər iki müqavilə üzrə operator olacaq. 

BP-nin pay əldə etməsini rəsmiləşdirən sazişləri SOCAR-ın prezidenti Rövşən Nəcəf və bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz imzaladılar. 

SOCAR-ın prezidenti Rövşən Nəcəf dedi: “Bu yeni sazişlər vasitəsilə bp ilə strateji tərəfdaşlığımızı daha da genişləndirməkdən məmnunuq. Qarabağ və Əşrəfi – Dan Ulduzu – Aypara sahələri əhəmiyyətli potensiala malikdir və bp-nin operatorluq təcrübəsi bu sahələrin tam dəyərinin açılmasında həlledici rol oynayacaq.

Bu əməkdaşlıq Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən uzaqgörən strategiyaya əsaslanır və etibarlı qlobal enerji tərəfdaşı kimi mövqeyimizi daha da gücləndirir. bp ilə möhkəm əməkdaşlığımızın yeni uğurlar gətirəcəyinə inanırıq.” 

BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell dedi:

“Bu Azərbaycana yeni bir öhdəliyimiz olmaqla həm də əhəmiyyətli bir potensial artım imkanıdır.

Mövcud iri fəaliyyət mövqelərimizə və tərəfdaşlıqlarımıza əsaslanaraq apstrim neft-qaz biznesimizi genişləndirilmək strategiyamız üçün çox vacibdir. 

Azərbaycanda dünya səviyyəli hasilat və ixrac infrastrukturunun idarə edilməsində və ona sərmayə qoyulmasında 30 ildən çox uğurlu təcrübəmiz var. Bu gün SOCAR-la imzaladığımız müqavilələr kimi yeni imkanlar məqsədlərimizə çatmağımızda mühüm rol oynayacaq.

SOCAR-la uzunmüddətli tərəfdaşlığımıza əsaslanaraq buradakı mövcud infrastrukturdan ən səmərəli şəkildə istifadə etməyə imkan yaradacaq yeni işlənmə variantlarını müəyyənləşdirəcəyik.

Operator olaraq isə biz bu layihələrin irəliləyişini sürətləndirmək üçün qlobal təcrübəmizi, texniki və kommersiya biliklərimizi, qabaqcıl texnologiyalarımızı və maliyyə resurslarımızı gətirərək onları təhlükəsiz və səmərəli şəkildə icra edəcəyik.”

XƏBƏR LENTİ
31 IYUL 2026
Bakıda təkər tullantıları yanır 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Bütün Xəbərlər