Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyasının iclası keçirildi

Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyasının iclası keçirildi
12.07.2025 15:08 Sənaye və energetika

Bakıda Azərbaycan Respublikası və Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın 13-cü iclası keçirilib.

TodayPress TV xəbər verir ki, iclasdan əvvəl komissiyanın həmsədrləri, Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə Ukraynanın energetika naziri German Galushchenko arasında görüş olub.

Görüşdə ikitərəfli münasibətlərin qarşılıqlı etimada və səmərəli tərəfdaşlığa əsaslandığı vurğulanıb. Azərbaycanın Ukraynaya davamlı humanitar dəstəyinə görə minnətdarlıq ifadə edilib. Müxtəlif sahələrdə əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.

Hökumətlərarası Komissiyanın hibrid formatda keçirilən iclasında iki ölkə arasında siyasi, iqtisadi, ticarət və sənaye, enerji, nəqliyyat və informasiya-kommunikasiya texnologiyaları, elm və təhsil, mədəniyyət sahələrində əməkdaşlığın cari vəziyyəti və potensial imkanlar müzakirə edilib. Komissiyanın həmsədri, energetika naziri Pərviz Şahbazov bildirib ki, Komissiya çərçivəsində Fəaliyyət Planının qəbulu ölkələr arasında əməkdaşlığı yeni mərhələyə yüksəldəcək, enerji, faydalı qazıntılar, kənd təsərrüfatı və digər perspektivli sahələrdə, həmçinin sənaye parkları və azad iqtisadi zonalarda mövcud imkanlardan geniş istifadəni təşviq edəcək.

Komissiyanın Ukrayna tərəfindən həmsədri, energetika naziri German Galushchenko isə deyib ki, ölkələrimizi güclü tarixi əlaqələr, qarşılıqlı hörmət, regional əməkdaşlıq və davamlı inkişaf üçün ortaq baxış birləşdirir. “Ukrayna Azərbaycan ilə strateji tərəfdaşlığa böyük əhəmiyyət verir. Azərbaycan Ukraynanı enerji avadanlıqları ilə dəstəkləyən ilk ölkələrdən biri olub və enerji sahəsində göstərilən bu dəstək bizim üçün həyati rol oynayıb. İnanırıq ki, bu iclas ölkələrimiz arasında uzunmüddətli tərəfdaşlığın əsaslarını gücləndirmək üçün yeni birgə təşəbbüsləri müəyyən etməyə imkan verəcək”, -deyə nazir əlavə edib.

Müzakirələrdən sonra Hökumətlərarası Komissiyanın iclasının yekunlarına dair Protokol imzalanıb. Komissiyanın 14-cü iclasının Kyiv şəhərində keçirilməsinə qərar verilib.

FOTOLAR

Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyasının iclası keçirildi — 1
Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyasının iclası keçirildi — 2
Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyasının iclası keçirildi — 3
Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyasının iclası keçirildi — 4
XƏBƏR LENTİ
01 AVQUST 2026
Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Bütün Xəbərlər