Azərbaycan nefti Tokionun İMDADINA ÇATDI

Azərbaycan nefti Tokionun İMDADINA ÇATDI
12.05.2026 12:13 Sənaye və energetika

Yaponiya şirkəti "ENEOS" Yaxın Şərqdəki gərginlik və Hörmüz boğazının bloklanması fonunda Azərbaycandan 283 min barel neft alıb.

TodayPress TV Yaponiya mediasına istinadən xəbər verir ki, Azərbaycan neftini daşıyan tanker 12 may tarixində artıq Yaponiyaya çatıb.

Məlumata görə, neft Tokio yaxınlığında yerləşən Negisi ərazisindəki ENEOS neft emalı zavoduna yönləndiriləcək.

Nəşrlər bildirir ki, Yaponiya hökuməti ABŞ və digər ölkələrdən idxal daxil olmaqla, Hörmüz boğazından keçməyən alternativ neft tədarükü mənbələrinin genişləndirilməsi istiqamətində addımlarını sürətləndirib. Bu, xüsusilə enerji idxalında şaxələndirmənin vacib prioritetə çevrilməsi ilə əlaqələndirilir.

Qeyd edilib ki, bu, Yaxın Şərqdəki münaqişənin başlanmasından sonra Yaponiyaya göndərilən Azərbaycan neftinin ilk partiyasıdır. Bundan əvvəl Yaponiya neft emalı zavodları əsasən Yaxın Şərq ölkələrindən idxaldan asılı olub.

Yaponiyada gündəlik neft istehlakı təxminən 3 milyon barel təşkil edir. Ölkə həmçinin fövqəladə hallar üçün geniş neft ehtiyatlarına malikdir. Lakin Yaxın Şərqdə tədarükdə uzunmüddətli fasilələr riski idxalın sabitliyi ilə bağlı narahatlıqları artırır.

TodayPress TV

NEWS FEED
30 JULY 2026
İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb 07:53 Evinizdə yanğına səbəb ola biləcək səhv: Bu cihazları uzadıcıya qoşmayın! 00:41 Alimlərdən maraqlı kəşf: Bu boya yolları istidən qoruyur 00:32 All News