Azərbaycan-Mərkəzi Asiya Yaşıl Enerji Dəhlizi layihəsi üzrə Birgə Müəssisə yaradıldı

Azərbaycan-Mərkəzi Asiya Yaşıl Enerji Dəhlizi layihəsi üzrə Birgə Müəssisə yaradıldı
01.07.2025 16:08 Sənaye və energetika

Energetika Nazirliyində “Azərbaycan-Mərkəzi Asiya Yaşıl Enerji Dəhlizi” layihəsinin icrası məqsədilə “Azərenerji” ASC, “Qazaxıstan Elektrik Şəbəkəsi Əməliyyat Şirkəti” və “Özbəkistanın Milli Elektrik Şəbəkələri” ASC arasında “Yaşıl Dəhliz Birliyi” MMC-nin yaradılması və nizamnaməsinin təsdiq edilməsi ilə bağlı tədbir keçirilib.

TodayPress TV nazirliyə istinadən xəbər verir ki, energetika nazirinin müavini Elnur Soltanov COP29 tədbiri çərçivəsində dövlət başçıları tərəfindən imzalanmış “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in, həmçinin müvafiq layihə üzrə üç ölkə və Səudiyyə Ərəbistanı Krallığının Energetika nazirlikləri arasında İcra Proqramının əhəmiyyətindən bəhs edib.

“Azərenerji” ASC, “Qazaxıstan Elektrik Şəbəkəsi Əməliyyat Şirkəti” və “Özbəkistanın Milli Elektrik Şəbəkələri” ASC tərəfindən Bakıda fəaliyyət göstərəcək Birgə Müəssisə - “Yaşıl Dəhliz Birliyi” MMC-nin yaradıldığı qeyd olunub.

Bildirilib ki, layihənin icrası enerji təhlükəsizliyinin təmin edilməsində, ölkələrimiz üçün davamlı inkişaf məqsədlərinə və “yaşıl enerji” gündəliyinə nail olunmasında mühüm rol oynayacaq.

İclas zamanı Birgə Müəssisənin fəaliyyətinə dair müzakirələr aparılıb.

Sonra “Yaşıl Dəhliz Birliyi” MMC-nin yaradılması ilə bağlı sənədin imzalanma mərasimi keçirilib. Sənəd “Azərenerji” ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev, “Qazaxıstan Elektrik Şəbəkəsi Əməliyyat Şirkəti”nin şöbə müdiri Saltanat Şunayeva və “Özbəkistan Milli Elektrik Şəbəkəsi”nin İdarə Heyəti sədrinin müavini Feruz Kurbonov tərəfindən imzalanıb. “Yaşıl Dəhliz Birliyi” MMC-nin rəhbəri (baş direktor) vəzifəsinə Fərhad Məmmədovun təyin edilməsi razılaşdırılıb.

FOTOLAR

Azərbaycan-Mərkəzi Asiya Yaşıl Enerji Dəhlizi layihəsi üzrə Birgə Müəssisə yaradıldı — 1
Azərbaycan-Mərkəzi Asiya Yaşıl Enerji Dəhlizi layihəsi üzrə Birgə Müəssisə yaradıldı — 2
XƏBƏR LENTİ
31 IYUL 2026
“Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Bütün Xəbərlər