“ACWA Power” Azərbaycanda KES inşasına yatırdığı investisiyaların məbləğini açıqladı

“ACWA Power” Azərbaycanda KES inşasına yatırdığı investisiyaların məbləğini açıqladı
01.07.2025 17:19 Sənaye və energetika

Bu ilin martın 31-nə, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin Xızı-Abşeron Külək Elektrik Stansiyasının (KES) tikintisinə yatırdığı investisiyaların məbləği 1,073 milyard Səudiyyə riyalı (486,374 milyon manat) təşkil edib.

TodayPress TV bu barədə şirkətin rüblük maliyyə hesabatına istinadən xəbər verir.

Şirkətin baş direktoru Marko Arçelli bildirib ki, 2025-ci ilin birinci rübündə bütün fəaliyyət istiqamətləri üzrə yeni biznes sahələrinin inkişafı davam etdirilib:

“Bu təşəbbüslər gələcəkdə stabil və proqnozlaşdırıla bilən gəlir və pul axını üçün baza yaradır, eyni zamanda layihələndirmə, təchizat və tikinti idarəçiliyi üzrə gəlirlər hesabına indiki maliyyə nəticələrimizə də əhəmiyyətli töhfə verir”.

“ACWA Power” şirkətinin Azərbaycan və Türkiyə üzrə baş direktoru Selim Güven “Report”a bildirib ki, 2025-ci ilin avqust ayında “Xızı-Abşeron” KES-də mərhələli şəkildə enerji istehsalına başlanması planlaşdırılır. Layihənin tam istismara verilməsi isə 2025-ci ilin IV rübündə nəzərdə tutulur.

Onun sözlərinə hörə, hazırda Abşeron rayonunun Qobustan sahəsində quraşdırılmış 12 turbina tam şəkildə montaj olunub və onların işə salınması 2025-ci ilin III rübünə planlaşdırılıb. Eyni zamanda Xızıda yerləşən sahədə turbinlərin montajı davam edir.

Layihə başa çatdıqdan sonra külək stansiyası ildə təxminən 907 milyon kilovat/saat təmiz elektrik enerjisi istehsal edəcək ki, bu da 300 mindən çox azərbaycanlı ailənin enerji tələbatını qarşılamaq üçün yetərlidir.

Stansiya Abşeron (1-ci sahə) və Xızı (Xızı-3 sahəsi) rayonlarının ərazisində, Çaylı və Sitalçay kəndlərində yerləşir. Ümumilikdə, layihə çərçivəsində 37 külək turbini quraşdırılacaq – onlardan 12-si Abşeronda, 25-i isə Xızıda yerləşəcək.

XƏBƏR LENTİ
01 AVQUST 2026
ABŞ İsraili İran raketlərindən qoruya bilməyəcək? - Rəsmən açıqlandı 19:17 Pezeşkian: “İranın gələcəyini onlar müəyyən edəcək” 18:59 TƏCİLİ: ABŞ vətəndaşlarını Yaxın Şərqi tərk etməyə çağırdı 18:46 İsrail İranın “qorxusundan” Ukraynaya “Dəmir Günbəz” vermədi 18:36 Dünyanın ən zəngin adamları iyulda milyardlarla dollar itirdi 18:22 Avropa “qapıları bağlayır” - Miqrant məsələsi canlarına “qorxu saldı” 18:08 Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Bütün Xəbərlər