Yeni Robotik Reabilitasiya Mərkəzinin hədəfləri açıqlandı

Yeni Robotik Reabilitasiya Mərkəzinin hədəfləri açıqlandı
20.11.2025 13:47 Sağlamlıq

"Mərkəzin məqsədi Azərbaycanı regionda robotik reabilitasiya üzrə lider ölkəyə çevirmək, beynəlxalq tərəfdaşlarla birlikdə yeni klinik protokollar, təlim proqramları və innovativ texnologiyaları tətbiq etməkdir".

TodayPress TV xəbər verir ki, bunu Yeni Robotik Reabilitasiya Mərkəzinin rəhbəri Pərvin Əkbərov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hədəflər arasında həmçinin fizioterapiya və reabilitasiya üzrə kadr hazırlığını gücləndirmək, insult, travmatik beyin zədəsi, ortopedik və pediatrik reabilitasiyada yeni müasir yanaşmalar formalaşdırmaq da yer alır:

"Mərkəzdə fizioterapevtlər, reabilitoloqlar, neyroloqlar, ortopedlər, psixoloqlar və ergoterapevtlərdən ibarət multidissiplinar komanda fəaliyyət göstərir. Bütün bu imkanlarla Mərkəzimiz Azərbaycanda reabilitasiya sahəsinə texnoloji inqilab gətirən, həm ambulator, həm də stasionar xidmətlər təqdim edən qabaqcıl bir qurum kimi fəaliyyət göstərəcək".

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 All News