Xurmanın möcüzəvi faydaları

Xurmanın möcüzəvi faydaları
19.02.2026 18:45 Sağlamlıq

Xurma bağırsaq baryerini möhkəmləndirə, faydalı bakteriyaların artımını stimullaşdıra və iltihabı azalda bilər.

TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə Food & Function (F&F) jurnalında məqalə dərc olunub.

Tədqiqatçılar emal olunmuş xurmadan alınan həll olan və həll olmayan lifləri araşdırıblar və sağlam könüllülərin bağırsaq mikrobiotasından istifadə etməklə laboratoriya şəraitində fermentasiya aparıblar. Məlum olub ki, lifin müxtəlif növləri bağırsaq bakteriyalarına fərqli təsir göstərir.

Bəzi lif fraksiyaları Bacteroides, Megasphaera, Oscillibacter və Lachnospiraceae ailəsinə aid bakteriyaların artımını gücləndirib. Nəticədə asetat, propionat və butirat kimi bağırsaq üçün faydalı maddələrin istehsalı artıb. Bu maddələr bağırsaq baryerini qoruyur və iltihabı azaldır.

Xüsusilə həll olan lif daha güclü təsir göstərib. O, antioksidant və iltihabəleyhinə xüsusiyyətlərə malik indol-3-propion turşusunun istehsalını artırıb.

Alimlər hesab edirlər ki, emal olunmuş xurma tullantılarından gələcəkdə prebiotik məhsulların hazırlanmasında istifadə etmək mümkündür. Lakin bunun üçün əlavə tədqiqatlara ehtiyac var.

Jalə Rövşən 

TodayPress TV

NEWS FEED
15 JUNE 2026
İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 ABŞ və İranın ortaq tələbi cavabsız qaldı: İsrail geri addım atmır 21:26 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 DÇ-2026: İspaniya-Kabo Verde oyunu başladı 20:09 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 ABŞ qalib gəlmədi, İran məğlub olmadı: Əsl qalib kimdir? 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 All News