Soyuq hava oynaq ağrılarını niyə artırır?

Soyuq hava oynaq ağrılarını niyə artırır?
12.11.2025 02:00 Sağlamlıq

Havanın dəyişməsi zamanı oynaqlarda yaranan ağrılar alimləri uzun illərdir maraqlandıran mövzudur. Tədqiqatçılar hələ bu hadisənin səbəblərini tam müəyyən edə bilməsələr də, indiyədək aparılan araşdırmalar hava təzyiqi, rütubət və külək sürətindəki dəyişikliklərin bəzi insanlarda ağrı hissini artırdığını göstərir.

TodayPress TV xəbər verir ki, “Discover” və “Focus” jurnallarında dərc olunan elmi məlumatlara əsasən, soyuq və ya rütubətli havalarda oynaq ağrılarının əsas səbəblərindən biri atmosfer təzyiqinin azalmasıdır.

Bu, Yer səthindəki barometrik təzyiqin enməsi ilə əlaqədardır.

Alimlərin izahına görə, havanın soyuması zamanı təzyiq azalır, soyuq hava kütləsi aşağı enir və isti havanı yuxarı sıxışdırır. İsti hava soyuyaraq sıxılır və bulud əmələ gətirir — nəticədə hava kəskin şəkildə soyuyur. Məhz bu zaman bədən üzərinə düşən təzyiq azalır. Təzyiqin azalması oynaqlardakı sıxılmanın zəifləməsinə, əzələ, vətər və digər toxumaların genişlənməsinə səbəb olur. Bu proses oynaqdaxili sürtünməni azaldan sinovial mayenin tərkibini dəyişərək ağrı hissini gücləndirə bilər.

Mütəxəssislərin fikrincə, revmatoid artrit, osteoartrit və fibromialgiyadan əziyyət çəkən insanlar atmosfer təzyiqinin azalmasına daha həssas olurlar. Eyni zamanda tədqiqatlar göstərir ki, hava təzyiqindəki dəyişikliklər bəzilərində stress səviyyəsini də artırır, bu isə “fantom ağrılar” adlanan, fiziki səbəbi olmayan ağrıları daha da gücləndirə bilər.

Soyuq hava, həmçinin əvvəllər zədə almış insanlarda – sümükləri sınan, vətərləri dartılan və ya əzələləri zədələnən şəxslərdə sərtlik və narahatlıq yaradır. Bu hal toxumaların şişməsi, damarların daralması və ya əzələlərin sinirlərə təzyiq göstərməsi ilə əlaqələndirilir.

Alimlər bildirirlər ki, təkcə soyuq deyil, yüksək rütubət də bir sıra xəstəlikləri, o cümlədən oynaq ağrısı və miqreni ağırlaşdırır.

Qiymət Mahir

NEWS FEED
01 AUGUST 2026
Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 All News