Son bir ildə Yeni Klinikada yeddi böyrək transplantasiyası həyata keçirilib

Son bir ildə Yeni Klinikada yeddi böyrək transplantasiyası həyata keçirilib
06.03.2026 11:52 Sağlamlıq

Son bir ildə Yeni Klinikada yeddi böyrək transplantasiyası (canlıdan canlıya) əməliyyatı həyata keçirilib.

Bu barədə TodayPress TV-yə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, ötən müddət ərzində icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində baş tutan əməliyyatlardan ikisi qadın, beşi isə kişi pasiyent üzərində icra olunub.

Transplantasiya əməliyyatları Yeni Klinikanın direktor müavini, Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri, cərrah-transplantoloq Eldar Əhmədovun rəhbərliyi, həkim-ümumi cərrahlar Lalə İsmayılova və Günay Allahverdiyeva, həkim-anestezioloq-reanimatoloq Mayıl Sədiyev, eləcə də həkim-koordinatorlar İntizar Məmmədova və Zöhrə Məmmədovanın iştirakı ilə həyata keçirilib. Hər bir cərrahi proses müasir tibbi standartlara uyğun şəkildə icra olunub.

Donor əməliyyatı laporoskopik (qapalı) üsulla həyata keçirilib ki, bu daha az travma, qısa bərpa müddəti və minimal fəsad riski deməkdir. Resipiyentlərin əməliyyatı isə açıq üsulla icra olunub və əməliyyatdan sonrakı dövrdə pasiyentlər daim həkim nəzarətində saxlanılıb.

TodayPress TV

PHOTOS

Son bir ildə Yeni Klinikada yeddi böyrək transplantasiyası həyata keçirilib — 1
Son bir ildə Yeni Klinikada yeddi böyrək transplantasiyası həyata keçirilib — 2
NEWS FEED
31 JULY 2026
Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 All News