Son 6 ay ərzində 44 milyondan çox tibbi xidmət göstərilib

Son 6 ay ərzində 44 milyondan çox tibbi xidmət göstərilib
15.07.2025 09:44 Sağlamlıq

TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 2025-ci ilk 6 ayı (yanvar-iyun) ərzində ümumilikdə 12 393 131 müraciət qeydə alınıb. Bunlardan 260 661-i stasionar, 12 132 470-i ambulator olub. 2024-cü ilin eyni dövrü ilə müqayisədə müraciət sayı 4 % artıb.

Bu barədə TodayPress TV-yə TƏBİB-dən məlumat verilib.

Yanvar-iyun aylarında göstərilən xidmət sayında ötən illərin eyni dövrü ilə müqayisədə artım müşahidə olunub. Belə ki, sözügedən müddət ərzində 44 174 073 (5 811 277 stasionar, 38 362 796 ambulator olmaqla) tibbi xidmət göstərilib. Tibb müəssisələrində göstərilən tibbi xidmətlərin ümumi sayı ötən illə müqayisədə 13% artıb.

Tibb müəssisələri üzrə vətəndaşlara göstərilən laborator xidmətlərdə də artım qeydə alınıb. İlk 6 ay ərzində 18 722 731 sayda laborator müayinələr aparılıb ki, onların da 2 843 708-i stasionar, 15 879 023-ü ambulator olub. Beləliklə, tibb müəssisələrində göstərilən laborator xidmətlərin ümumi sayında 2024-cü illə müqayisədə 18 % artım qeydə alınıb.

Eyni zamanda yanvar-iyun ayları ərzində 181 352 cərrahi əməliyyat və prosedur (169 138 stasionar, 12 214 ambulator olmaqla) icra olunub.  Cərrahi əməliyyat və prosedurların sayı isə ötən illə müqayisədə 1 % azalıb.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Bütün Xəbərlər